Hörmətli ___________________________!

     Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 105 illiyinə həsr olunmuş  “MacroFrontiers 2025: 3rd International Conference on Macromolecular Compounds” adlı III Beynəlxalq elmi-texniki konfrans 24-25 aprel 2025-ci il tarixlərində keçiriləcək.
Konfransın əsas məqsədi – yerli, xarici təhsil və sənaye nümayəndələrinin ünsiyyət qurması, təcrübə mübadiləsinin aparılması, həmçinin yeni əlaqələrin müəyyən edilməsi və köhnə əlaqələrin möhkəmləndirilməsi, kimya və qida mühəndisliyinin inkişafının müasir mərhələsində ən perspektivli elmi istiqamətlərinin işıqlandırmasıdır.
     Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə dörd dildə (azərbaycan, ingilis, rus və türk) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır. Konfransın işində Sizin əməkdaşlarınızın aktiv iştirakına ümid edirik.
     Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə üç dildə (azərbaycan, rus və ingilis) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır.
     Konfransın işində Sizin əməkdaşlarınızın aktiv iştirakına ümid edirik.

Konfransın bölmələri:
I. Üzvi sintezdə innovativ yanaşmalar
II. Makromolekullu birləşmələrin müasir sintez üsulları
III. Kompozit materialların hazırlanması və tətbiqi
IV. Ətraf mühit və sağlam qida
V. Texnologiyaların kommersiyalaşdırılması və sənayeyə transferi

Konfransın proqramı

Konfrans materialları (tezislər və məqalələr) azərbaycan, inglis, türk və rus dillərindən birində, A4 formatda, elektron formada qəbul olunur.
Tərtib qaydaları www.asoiu.edu.az/mpmc2025 saytda TÖVSİYYƏLƏR bölməsində verilib.
Konfrans materiallarının təqdim olması qaydaları:
1. konfransın saytına daxil olmaq www.asoiu.edu.az/mpmc2025
2. iştirak formasını və bölmənin adını qeyd edərək Qeydiyyat formasını doldurmaq;
3. tezisin nümunəsini saytdan yükləyib, təqdim olunan materialı tələblərə uyğun tərtib etmək;
4. mpmc-conf@asoiu.edu.az e-maila göndərmək:
     - doldurulmuş qeydiyyat formasını;
     - material (tezis);
     - məqalə;
Qeydiyyat forması, tezis və məqalə nümunəsi qoşma 1, 2 və 3 verilib. Qoşma 1 yüklə Qoşma 2 yüklə Qoşma 3 yüklə

     Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.
     Tezis və məqalə materiallarının qəbulu  06.01.2025 - 01.04.2025-ci il tarixlərində davam edəcək.
     Konfransın materiallarına əlavə olaraq seçilmiş əsərlər Web of Science və Scopus jurnallarının birində nəşr olunacaq.

Əlaqə məlumatları:
www.asoiu.edu.az/mpmc2025
tel: (+99412) 493 16 72

Əlaqələndirici şəxs:
Məmmədova Aynur
tel: mob: (+994) 55 281 00 14
mpmc-conf@asoiu.edu.az