×

Azərbaycan dili kursları

Azərbaycan dili kursları

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əcnəbi tələbələr dekanlığının nəzdində ayrı-ayrı ölkələrdən universitetimizə ali təhsil almaq üçün gələn tələbələr üçün Azərbaycan dili kursları fəaliyyət göstərir. Bu kurslara Azərbaycana təhsil üçün gələn hər bir əcnəbi vətəndaş müraciət edə bilər.

Təhsil müddəti 6 aydır. Qəbul hər ilin avqust ayından mart ayının 1-dək həyata keçirilir. Müraciət edən əcnəbi vətəndaşlar üçün yuxarı yaş həddi 40 yaşa qədərdir.

Kursa qəbul olmaq istəyən vətəndaşlar ilk olaraq Portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Qəbul üçün tələb olunan sənədlər:
     1.Təhsil vizası (viza tələb olunan ölkələr üçün);
    2.Tam orta təhsil haqqında sertifikatın əsli və Azərbaycan dilinə tərcüməsi;
    3.Tibbi arayış (Azərbaycanda verilir);
    4.Foto şəkil - 6 ədəd (3x4);
Qeyd edək ki, ADNSU-da əcnəbi vətəndaşlar üçün ingilis və rus dillərində də kurslar mövcuddur.