Teatr klubu ADNSU-nun tələbələrinin bir araya gələrək istedad və yaradıcı potensiallarının üzə çıxmasına yardımçı olur. Klubun məqsədi teatra marağı olan tələbələrə xüsusi təlimlər verərək aktyorluq sənətinin incəliklərini birlikdə öyrənməkdir.
Teatr klubu Universitetdə keçirilən tədbirlərin ruhuna uyğun olaraq tamaşalar, səhnəciklər təqdim edir. Bundan əlavə, həvəskar ssenarist müəllimlər və aktyorluq bacarığı olan tələbələrlə janrlar üzrə retrospektiv proqramlar, panel müzakirələri və danışıqlar təşkil olunur.

Həyata keçirdiyimiz proqramlar, təlimlər tələbələrə klassik pyeslərdən tutmuş müasir post-modern teatra kimi müxtəlif üslublarda ifa etməyə imkan verir. Teatr klubu tələbələrə inanır və bütün layihələrini onlarla əməkdaşlıq edərək həyata keçirir.