ADNSU-nun digər bir idman komandası Futbol komandasıdır. Komnda bir neçə turnirlərdə, o cümlədən 2023-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) Ali məktəb tələbələri arasında keçirilən futzal turnirində II yerin, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Qarabağ” turnirinin, Tələbə Futbol Federasiyasının təşkil etdiyi yarışda II yerin qalibi olub. Futbol komandamız eyni zamanda, dəfələrlə tələbələr arasında keçirilən futbol və futzal turnirinin qalibi olub.