×

Qaz-neft-mədən fakültəsi

Haqqımızda

Qaz-neft-mədən fakültəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ən aparıcı və tarixi ənənələrə malik struktur bölmələrindən biridir. Fakültədə mühəndis kadrların hazırlanmasına universitetin yarandığı ilk illərdən, 1920-ci ildən başlanılıb və bu günədək ölkənin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayan minlərlə yüksək ixtisaslı mütəxəssis yetişdirilib.

Fəaliyyət göstərdiyi dövr ərzində fakültədə 27 000-dən çox neftçi-mühəndis, 7 000-dən artıq bakalavr və 1 500-ə yaxın magistr hazırlanıb. Fakültə mühəndislik sahələri üzrə peşəkar, rəqabətqabiliyyətli və innovativ düşüncəyə malik kadrların hazırlanmasını həyata keçirən əsas akademik mərkəzlərdən biri kimi fəaliyyətini davam etdirir.

Fakültədə neft-qaz sənayesinin əsas istiqamətlərini əhatə edən müasir ixtisaslar üzrə tədris aparılır və təhsil prosesi nəzəri... ətraflı