Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) struktur bölməsi olan İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti universitetin fakültələrinin, struktur bölmələrinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması, professor-müəllim heyəti və tələbələrlə kommunikasiyaların qurulması yolu ilə onları universitetdə görülən işlər, qarşıda duran planlarla tanış edilməsi, ADNSU-da əldə olunan yeniliklərin təbliğ olunması yolu ilə potensial tələbələrin, eləcə də təhsil layihələri ilə bağlı vəsaitlərin cəlb olunması məqsədilə marketinq fəaliyyətinin həyata keçirilməsi sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.
1. “KİV və Sosial media ilə iş” sektoru
2. “İstehsalat təcrübəsi” sektoru
“KİV və Sosial media ilə iş” sektoru KİV (Kütləvi İnformasiya Vasitələri) və dövrü mətbuatla çevik əlaqələrin qurulmasını təmin edir, müasir çağrışları nəzərə alaraq universitetlə KİV arasında əlaqələrin daha səmərəli təşkilini, informasiya mübadiləsinin modernləşməsini həyata keçirir. Universitetdə keçirilən tədbirlər, görüşlər və konfranslar haqqında press-relizlərin hazırlanmasını, foto və video çəkilişlərin həyata keçirilməsini və geniş ictimaiyyət (oxucu auditoriyası) üçün materialların hazırlanmasını təmin edir. O cümlədən, xəbərlərin universitetin rəsmi web səhifəsində, dövrü mətbuatda, həmçinin, sayt və agentliklərdə yayımlanmasının təmin edilməsini, xəbər və məlumatların, posterlərin universitetin sosial şəbəkə hesablarında (Facebook, Telegram, Linkedin, Twitter və tərəfdaş Instagram hesablarında) işıqlandırılmasını və bu istiqamətdə monitorinq aparılmasını həyata keçirir.
Tədris planlarına, tədris prosesinin cədvəllərinə, təcrübə proqramlarına uyğun olaraq bütün sahələr və ixtisaslar üzrə təcrübələrin təşkilinin həyata keçirir: (Universitetin icbari, illik, yay, təqaüd və beynəlxalq təcrübə növləri mövcuddur);
Bölmə həmçinin təcrübənin mövcud əsaslarının təhlili, işin səmərəliliyinin artırılması, yeni təcrübə yerlərinin müəyyən olunması və monitorinqin aparılması, universitetin tələbələri üçün təcrübə bazası kimi çıxış edən təşkilatların (müəssisələrin, idarələrin) rəhbərləri ilə kompleks və fərdi müqavilələrin bağlanması üzrə işlərin təşkilini həyata keçirir.
Direktor: Bəhruz Nəzərov
E-poçt: asoiu.pr@asoiu.edu.az
Ünvan: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti AZ1010, Bakı, Azadlıq prospekti 20