Beynəlxalq əməkdaşlıq şöbəsi universitetin xarici ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar və tərəfdaş qurumlarla əməkdaşlığının inkişafını təmin edən struktur bölmədir. Şöbə universitetin Beynəlmiləlləşməyə dair strateji hədəflərinin həyata keçirilməsində iştirak edir və tələbə və müəllimlər üçün akademik mübadilə proqramlarının təşkilini icra edir. Həmçinin əməkdaşlıq müqavilələrinin hazırlanması və xarici tərəfdaşlarla əlaqələrin qurulması şöbənin əsas fəaliyyət sahələrinə daxildir. Şöbə universitetin beynəlxalq nüfuzunun artırılmasına və qlobal akademik şəbəkələrdə fəal iştirakına töhfə verir.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri: Həbibə Nərzirova
Həbibə Mirhəbib qızı Nəzirova. 2017-ci ildə bakalavr təhsilini Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarında Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə tamamlamışdır. 2021-ci ildə ADA Universitetinin “Menecment (Təhsilin təşkili və idarə olunması)” üzrə magistr proqramını fərqlənmə ilə bitirmişdir. 2015-ci ildən etibarən ümumi və xüsusi məqsədlər üçün ingilis dili, akademik yazı üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2021-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Layihələrin idarə olunması şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri vəzifəsini icra edən kimi çalışmışdır. 2024-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin Layihələrin idarə olunması şöbəsi, sonra isə Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinə rəhbərlik etmişdir, Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir.
Telefon (daxili): 3232
E-poçt: habiba.nazirova@asoiu.edu.az
Ünvan: Bakı şəh., Azadlıq prospekti, 20
Otaq nömrəsi: 332
Telefon (daxili): 3230
E-poçt: international@asoiu.edu.az
İş saatları: 09:00-17:30
| Sıra | Ad, soyad | Vəzifə | E-poçt | Telefon |
|---|---|---|---|---|
| 1 | Dilarə Rəfi | Beynəxalq əməkdaşlıq üzrə aparıcı mütəxəssis | rafi.dilara@asoiu.edu.az | 050 247 16 35 |
| 2 | Alyona Qarayeva | Beynəxalq əməkdaşlıq üzrə aparıcı mütəxəssis | alyona.garayeva@asoiu.edu.az | 051 411 12 85 |
Beynəxalq əməkdaşlıq üzrə aparıcı mütəxəssis: Dilarə Rəfi
Telefon (daxili): 3230
E-poçt: rafi.dilara@asoiu.edu.az