×

Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzi

Haqqımızda

Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzi Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində universitetdə rəqəmsallaşma və innovativ xidmətlərin çevik həyata keçirilməsi ilə biznes mühitinə transformasiyası və rəqəmsal məlumatların dərin təhlili və müxtəlif innovativ həllərin tətbiqi ilə bilik bazasını formalaşdırır.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə Strateji Yol Xəritəsini, Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli 1325 nömrəli Fərmanını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında“ 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanını, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını, universitetin Elmi Şurasının qərarlarını və rektorun əmrlərini və Mərkəzin Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərir.

Mərkəz Universitetdə tədris, elm və innovasiyalar istiqamətində rəqəmsal transformasiyasını həyata keçirir, innovativ ekosistemin yaradılmasını və biznes mühitinə inteqrasiyasını təşkil edir və informasiya texnologiyaları infrastrukturunun qurulması və idarə edilməsi istiqamətində fəaliyyət göstərir.

Mərkəzin Missiyası

Rəqəmsallaşma və İnnovativ xidmətlərin çevik həyata keçirilməsi ilə biznes mühitinə transformasiya.

Mərkəzin yanaşması

Ən son qlobal yanaşmaları tətbiq etməklə yeni biznes əhəmiyyətli innovativ xidmətlərin göstərilməsi.

Mərkəzin Strategiyası

Rəqəmsal məlumatların dərin təhlili və müxtəlif innovativ həllərin tətbiqi ilə bilik bazasının formalaşdırılması.


İKT şöbəsi - son istifadəçi avadanlıqlarında yaranmış problemlərin, şəbəkə və server infrastrukturunun, məlumat bazalarınının idarə olunması, turniket, kamera və veb auditoriyalara nəzarət, daxili sistemlər və infrastrukturun təhlükəsizliyinin təmin olunmasına dəstək verir.


Proqram təminatlarının inkişafı şöbəsi - universitetin rəqəmsallaşması istiqamətində yeni texnologiyaları araşdıraraq proqram təminatlarının işlənib hazırlanması, virtual laboratoriyaların təşkil edilməsi üçün yeni tətbiqləri analiz edərək təkliflər verir.


İT İnnovasiya və layihələrə dəstək şöbəsi - innovativ ekosistemin qurulmasında və inteqrasiyasında birbaşa iştirak edərək, elmi və beynəlxalq layihələrə dəstək vermək, yeni texnologiyaların iqtisadiyyata inteqrasiyası üzrə layihələrin həyata keçirilməsini təşkil etmək, universitet daxilində innovativ layihələri təhlil etmək və innovativ sahibkarlığı inkişaf etdirmək üçün tədqiqatlar aparır.


Tədrisin Rəqəmsal İdarəolunması şöbəsi - imtahanların təşkili və nəzarəti, Tədrisin Rəqəmsal İdarə edilməsi sisteminin işinin təşkil olunması, məlumatların doldurulması və nəzarətin həyata keçirilməsi, semestrlər üzrə dərs cədvəllərinin qurulması, auditoriya bazasının yaradılması mexanizminin işlənməsi və müvafiq fəaliyyət planının tərtib olunmasını icra edir.

Bizimlə əlaqə:

E-poçt: ddic@asoiu.edu.az


Tel.: (+99412) 493-65-07


Ünvan: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti AZ1010, Bakı, Azadlıq prospekti 20


Facebook: ddicasoiu


Instagram: ddic.asoiu.edu.az


Linkedin : asoiuddic