×

Tədris departamenti

Tədris Departamenti

Tədris Departamenti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ-də tədris prosesinin planlaşdırılması, təşkili, koordinasiyası, monitorinqi və təkmilləşdirilməsi üzrə fəaliyyət göstərən struktur bölmədir. Tədris Depatamentinin strukturuna, “Tədrisin təşkili”, “İnformasiya və statistika” “Elektron təhsil və monitorinq” və “Təcrübə” şöbələri daxildir.


Əsas fəaliyyət istiqamətləri:

Tədris prosesinin illik və semestr üzrə planlaşdırılması, tədris yükünün düzgün bölüşdürülməsi, dərs cədvəllərinin hazırlanması və akademik prosesin fasiləsiz, səmərəli şəkildə təşkil olunmasını koordinasiya edir, tədris prosesinin keyfiyyətinin artırılması üçün akademik heyətə metodiki dəstək göstərir.
LMS və digər rəqəmsal təhsil platformalarının idarə edilməsi, onlayn tədris resurslarının hazırlanması, dərslərin monitorinqi və rəqəmsal tədris mühitinin davamlı inkişafı məqsədilə texniki-metodik fəaliyyəti həyata keçirir.
Tədris prosesinə dair bütün məlumatların toplanması, sistemləşdirilməsi, elektronlaşdırılması, statistik təhlillərin aparılması, analitik məlumatların hazırlanması və müxtəlif səviyyələr üzrə hesabatların rəsmi qaydada təqdim olunmasını təmin edir;
Tələbələrin təcrübələrinin planlaşdırılması, tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində təcrübə yerlərinin müəyyənləşdirilməsi, təcrübə prosesinə nəzarət və yekun qiymətləndirilmə prosedurlarının koordinasiyasını həyata keçirir;


Əsas vəzifələri:

- Tədris prosesinin planlaşdırılması, təşkili və keyfiyyətli həyata keçirilməsini təmin edir, tədris planlarının və dərs cədvəllərinin icrasına nəzarət edir, tədris sənədlərinin qanunvericiliyə və daxili normativ tələblərə uyğunluğunu yoxlayır.
- Dövlət informasiya sistemlərinə məlumatların vaxtında və düzgün daxiledilməsini, statistik məlumatların sistemli şəkildə toplanmasını, emalını və təhlilini, diplom və digər təhsil sənədlərinin hazırlanmasını həyata keçirir.
- Universitetin tədris prosesinin rəqəmsal transformasiyasına rəhbərlik edərək LMS, elektron jurnal və əlaqəli platformaların fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin edir.
- Tələbələrin istehsalat təcrübəsinin planlaşdırılması və həyata keçirilməsini təmin edir, təcrübə yerləri ilə əlaqələndirməni aparır və nəticələrin monitorinqini həyata keçirir.

Rəhbərlik

Məmmədova Lətifə
Direktor, texnika elmləri namizədi, dosent
1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “Kimya-texnologiya” fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə texnika elmləri namizədi elmi dərəcəsi və 1998-ci ildə dosent elmi adı almışdır. 1996-cı ildən dosent vəzifəsində çalışır. 56 nəşr olunmuş elmi və elmi - metodiki işlərin müəllifidir. “Əməkdar müəllim” fəxri adı verilmiş, “Tərəqqi medalı” və 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.


Əlaqə

E-poçt: latifa.mamedova@asoiu.edu.az

Telefon (daxili): 5160

Ünvan: Bakı şəhəri.Azadlıq prospekti 20

Otaq nömrəsi: 318

İş saatları: 9.00 -17.30