×

ADNSU Kitabxana İnformasiya Mərkəzi

Haqqımızda

ADNSU PHŞ-nin Kitabxana İnformasiya Mərkəzi oxucu-istifadəçilərinə, eləcə də professor-müəllim heyətinə, tələbələrə və əməkdaşlara təhsil, təlim, tədqiqat proqramlarına və onların asudə vaxtlarını səmərəli keçirməklərində dəstək olmaqla, çoxsahəli çap məhsulları və elektron informasiya resursları kolleksiyasını təklif edir. ADNSU PHŞ-nun aparıcı struktur bölmələrindən biri olaraq, elmi tədqiqat prosesini elmi, tədris ədəbiyyatlarla və eləcə də beynəlxalq resurslarla təmin edən bir informasiya mərkəzidir.

1920-ci ildə Bakı Politexnik məktəbinin bazası əsasında formalaşıb, 2018-ci il dekabrın 27-dən ADNSU-nun Əsaslı kitabxanasının bazası əsasında ADNSU Azİİ e Kitab Evi, 2025-ci ilin avqust ayının 25-i tarixindən etibarən Kitabxana İnformasiya Mərkəzi adı ilə fəaliyyətini davam etdirir.

Mərkəzinin fəaliyyətində dünya təcrübəsindən istifadə olunsada burada ADNSU-ya məxsus unikal bir kitabxana sistemi yaradılıb və universitetin elektron şəbəkəsinə qoşulub.

Əsasən Azərbaycan, ingilis, rus və digər dillərdə olan ənənəvi və elektron resurslarla (kitab,elmi jurnal, dissertasiya, avtoreferat və digər kitabxana resursları ilə) oxuculara operativ və differensial xidmət göstərir.

Kitabxananın nəzdində 2022-ci ilin dekabr ayından Açıq kitabxana fəaliyyət göstərir.

ADNSU PHŞ-Kitabxana İnformasiya Mərkəzi

Kitabxana İnformasiya Mərkəzi strukturuna Elektron resurslar, Xidmətlər və Əməliyyatlar sektorları daxil olmaqla, informasiya və biliklərin toplandığı, oxucu istifadəçilərə elektron və ənənəvi kontentdə innnovativ xidmətlər göstərən bir Mərkəzidir. Xidmətə Mərkəzin idarəetmə sistemi,oturaq yerlərin rezerv sistemi,elektron və onlayn kataloq, elektron kitablar, oxu zalları, açıq kitabxana, abonement şöbəsi daxildir.


Əsas fəaliyyət istiqamətləri:

  • Müəllim,elmi tədqiqatçı və tələbələrə kitabxana xidmətinin təşkili (elektron və ənənəvi qaydada)
  • Kitabxana bazasının çap və elektron resurslarla zənginləşdirilməsi
  • Rəqəmsal kitabxana xidmətinin inkişaf etdirilməsi
  • Oxucu istifadəçi sayının və məmnunluğunun artırılması
  • Kitabxanalararası yerli və beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi
  • Beynəlxalq və yerli tammətli məlumat bazalarına giriş imkanlarının genişləndirilməsi
  • Kitabxananın açıq və kənar istifadəçi yönümlü aparıcı universitet kitabxanasına çevrilməsi

Əsas fəaliyyət istiqamətləri:

  • İnteraktiv, dinamik və innovativ rəqəmsal platformalar kimi fəaliyyət göstərmək
  • Süni intellekt alətlərindən istifadə olunmaqla oxuculara xidmət göstərmək
  • Kitabxana bazasını tədris mövzularına uyğun yeni vəsaitlərlə zənginləşdirmək
  • Bilgi paylaşımı, təcrübə və əməkdaşlıq platformasından geniş istifadə etmək
  • Yeni texnologiyaların tətbiqini həyata keçirmək
  • Uzaqdan giriş və mobil tətbiqlərlə istifadənin mümkünlüyünü daha da sürətləndirmək
  • Sosial media inteqrasiyasını həyata keçirmək

Rəhbərlik

Müdir: Səlahət Mahmudova

Azərbaycan Respublikasının vətəndaşıyam.1981-1987-ci illərdə BDU-nun Kitabxanaşünaslıq fakültəsində Kitabxanaşünaslıq və Biblooqrafiya ixtisası üzrə təhsil almışam. 01.11.1979-cu ildən 15.09.1991-ci illər Kürdəmir rayon partiya komitəsinin Siyasi maarif kabinetində, 02.12.1991-ci ildən 07.12.1993-cü ilədək Kürdəmir rayon MKS-da kitabxanaçı,14.12.1993-cü il tarixdən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanasında kitabxanaçı, böyük kitabxanaçı, direktor müavini vəzifələrində işləmişəm. 2015-ci ildən hal- hazıra kimi Kitabxana İnformasiya Mərkəzinin müdiri vəzifəsində işləyirəm. Əmək (peşə) fəaliyyəti ilə bağlı yerli konfrans, seminarlarda çıxış etmişəm, məqalələrim nəşr olunub. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Azərbaycan Respublikası Əqli Mülkiyyət agentliyinin, “Ebsco”, “Clarivate” beynəlxalq elektron məlumat bazaları, həmçinin “Инфра.М.Znanium.com”.beynəlxalq kitabxanalar şəbəkəsi tərəfindən aparılan vebinar, seminar və təlimlərdə iştirak etmişəm, sertifikatlarla, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, № 4119, 30.12.2020; ADNSU-nun 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Yubiley medalı, № 203 ilə təltif olunmuşam.


Əlaqə:

Telefon (daxili): 3360

E-poçt: selahet.mahmudova@asoiu.edu.az

Ümumi Əlaqə:

Ünvan: Azadlıq prospekti 20

Telefon (daxili): 5890, 4020, 5250

E-poçt: library@asoiu.edu.az

İş saatları: 8:00-20:00


Əməkdaşlar

Sıra Ad, soyad Vəzifə E-poçt Telefon
1 Mustafayeva Şəmsiyyə Məmməd q. Xidmətlər sektorunun müdiri shemsiyye.mustafayeva@asoiu.edu.az 050 333 15 66
2 Babayeva Bahar Nəsib q. Xidmətlər sek-nun baş kitabxanaçısı bahar.babayeva@asoiu.edu.az 070 641 00 58
3 Məsmalıyeva Lalə Afiq q. Xidmətlər sek-nun baş kitabxanaçısı lale.mesmaliyeva@asoiu.edu.az 055 688 41 73
4 Məmmədova Zərqələm Polad q. Xidmətlər sek-nun kitabxanaçısı zerqelem.memmedova@asoiu.edu.az 055 493 05 54
5 Qasımova Ruhanə Mətləb q. Elektron resurslar sek/nun müdiri ruhana.qasimova@asoiu.edu.az 070 224 02 25
6 Şahmarova Aydan Nazim q. Elektron resurslar sek/nun baş kitabxanaçısı aydan.shahmarova@asoiu.edu.az 050 667 96 92
7 Vəliyeva Səriyyə Məmməd q. Elektron resurslar sektorunun baş biblioqrafı seriyye.veliyeva@asoiu.edu.az 055 526 25 09
8 Mehdiyeva Rabiə Yaşar q. Elektron resurslar sektorunun kitabxanaçısı rabia.mehdieva@asoiu.edu.az 055 711 88 53
9 Vəliyeva Fidan Arif q. Kitabxanaçı fidan.veliyeva@asoiu.edu.az 055 341 10 35
10 Quliyeva Lalə Ağaquli q. Əməliyyatlar sektorunun müdiri lala.quliyeva@asoiu.edu.az 051 831 29 15
11 Əliyeva Rahidə Arif q. Əməliyyatlar sektorunun baş kitabxanaçısı rahida.aliyeva@asoiu.edu.az 050 429 96 14
12 Dolxanova Könül İmamverdi q. Əməliyyatlar sektorunun biblioqrafı konul.dolxanova@asoiu.edu.az 050 347 62 63

Strukturun əsas xidmətləri və fəaliyyətləri:

  • Kitabxana fondunu, tədris və elmi-tədqiqat fəaliyyətini keyfiyyətli informasiya resursları ilə zənginləşdirmək
  • İnnovativ və rəqəmsal kitabxana xidmətlərini artırmaq, ənənəvi və rəqəmsal resursları və bütövlükdə mədəni isri qorumaq
  • Oxu mədəniyyətini və ömürboyu təhsili təşviq etmək
  • Kitabxananı cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən bir sosial Mərkəzə çevirmək

Əsas sənədlər:

Daxili qaydalar - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ-nin Kitabxana İnformasiya Mərkəzinin İstifadə Qaydaları

Tərəfdaşlar

AzKİK - Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu


Azərbaycan Diplomatik Akademiyasının Kitabxanası


Azərbaycan Dillər Universitetinin Kitabxana İnformasiya Mərkəzi


Azərbaycan İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzi


Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin respublika-elmi texniki kitabxanası və s.


Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanası


Azərbaycan Milli Kitabxanası


AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri instİtutunun Elmi kitabxanası


Bakı Dövlət Universitetinin Elmi Kitabxanası


Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana İnformasiya Mərkəzi


Milli Aviasiya Akademiyasının Kitabxana İnformasiya Mərkəzi


Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi


Socar Neftqazelmitədqiqatlayihə institutunun Elmi-texniki kitabxanası


Mingəçevir Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzi


ADNSU-nun nəzdində Sənaye Texnologiya Kollecinin kitabxanası


Bakı Avrasiya Akademiyası Kollecinin Kitabxanası


Məlumata cavabdeh şəxs (koordinator)

Müdir: Səlahət Mahmudova

Telefon: 050 393 91 65, 070 523 82 29

E-mail: selahet.mahmudova@asoiu.edu.az