×

Rəqs

“Gənclik” Mahnı və rəqs ansamblı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənclik “ Mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Ansambl son illərdə ardıcıl olaraq Ali məktəb tələbələri arasında özfəaliyyət kollektivlərinə baxış festivallarının, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Tələbə baharı” festivalının qalibi olub. Ansambl mütəmadi olaraq ölkəmizi və universiteti Türkiyə, Almaniya, İspaniya, Belarusiya, Yaponiya və digər xarici ölkələrdə layiqincə təmsil edib.

Müraciət linki: https://www.instagram.com/thik.adnsu?igsh=MXh4dndsYml0Y3FrYg%3D%3D&utm_source=qr