1920-ci ildən “Neft Sənayesi” fakültəsinin nəzdində yaranmış “Dağ-mədən” kafedrasında neft, qaz və digər faydalı qazıntıların geologiyası və kəşfiyyatı ixtisası üzrə kadr hazırlığına başlanılmışdır. 1936-ci ildən isə “Geoloji kəşfiyyat” fakültəsi kimi müstəqil fəaliyyət göstərmişdir. Yarandığı gündən milli mütəxəssiz hazırlığı ilə yanaşı bir sıra xarici ölkə vətəndaşları üçün kadr hazırlığı aparılmış və bu gündə ənənə uğurla davam etdirilir. Yaxın keçmişdə fakültənin professional professor-müəllim heyəti Almaniya, Hindistan, Əfqanıstan, Suriya, Misir, Sudan, Vyetnam, Banqladeş, Anqola, Pakistan, Yəmən, Livan, Həbəşistan, Əlcəzair, Mali, Kuba, Peru, Kolumbiya, Madaqaskar və s. kimi ölkələri ücün kadr hazırlığında aktiv iştirak etmişlər.
Hazırda fakültədə üç ixtisas kafedrası: “Geofizika”, “Neft-qaz geologiyası” və “Faydalı qazıntı... ətraflı