×

Haqqımızda

Neft-kimya texnologiyası və sənaye ekologiyası

“Kimya -texnologiya” fakültəsində kimyaçı mühəndislərin hazırlığı 1921-ci ildən kimya şöbəsi kimi “Neft sənayesi” fakültəsində, 1934-cü ildən “Neft texnologiyası”, 1940-cı ildən isə “Kimya texnologiya” fakültəsində həyata keçirilir. Fakültənin tərkibinə aşağıdakı kafedralar daxildir: “Ümumi və qeyri-üzvi kimya”, “Fiziki və analitik kimya”, “Üzvi kimya”, “Neftin, qazın kimyası və emalının texnologiyası”, “Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası”, “Kimya texnologiyasının mühəndis əsasları”, “İctimai fənlər”. 

 “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrası ADNSU-da aparılmış struktur islahatları nəticəsində 2016-cı ilin fevral ayında “Neftin, qazın kimyası və emalının texnologiyası”, “Kimya texnologiyasının mühəndis əsasları”,  “Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası” kafedralarının bazasında yaradılmışdır. Bu  kafedrada  mütəxəssis  hazırlığı   -  “Neftin texnologiyası”, “Neft kimyası”, “Neftin, qazın kimyası və emal texnologiyası” ixtisasları üzrə Kimya-texnologiya fakültəsində həyata keçirilmişdir. Kafedranı  R.H.İsmayılov, M.F. Nağıyev, Ə.M.Quliyev, M.İ.Rüstəmov, A.M.Əliyev  kimi  akademiklər  bitirmişlər.

Müxtəlif illərdə  kafedraya akad. R.H.İsmayılov, prof. L.A. Quxman,   prof. K.Y. Əcəmov, prof. A.M.Trequbov, prof. C.M.Volox,  prof. R.Ə. Ləmbəranski, prof. M.Q.Məmmədli, prof. İ.A.Şıxıyev, prof. F.F.Muqanlinski, prof. N.Ə.Səlimova, prof. R.İ.Zeynalov, prof. Ç.Ş. İbrahimov, prof. S.Ə.Mustafayev, prof. Ə.A.Həsənov rəhbərlik etmişlər.  2021-ci ildən kafedra müdiri vəzifəsini dossent N.T.Əliyeva   icra edir. 

Kafedrada bakalavr pilləsinin 050618-“Kimya mühəndisliyi”, 050606-“Ekologiya mühəndisliyi” və magistr pilləsinin  060641-“Kimya mühəndisliyi” və 060649-“Ekologiya mühəndisliyi” ixtisasları üzrə kadrlar hazırlanır. 

Kafedra H.Əliyev adına NEZ-in “Emal qazlarının səmərəli istifadə prosesinin işlənməsi və optimal layihələndirilməsi” (2016-2020-ci illər üzrə) mövzusunda elmi iş yerinə yetirilmişdir.

ADNSU-nun “Neft Kimya Texnologiyası və Sənaye Ekologiyası” kafedrası  Universitetin tarixində  ilk dəfə olaraq bir sıra istehsal müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmuşdur.  Tələbələrin təcrübə imkanlarının genişləndirilməsi məqsədilə bir sıra müəssisələrlə istehsalat müqavilələri imzalamışdır. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri  Institutu,  SOCAR-la və Qazazxıstanın  TOO “İnternational Oil Services Kazakstan” şirkəti ilə  müqavilələr imzalanmışdır,  “Azərsu” ASC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mikrobiologiya  İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Aşqarlar Kimyası İnstitutu, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi  ilə  müqavilə imzalamaq ərəfəsindədir.

Kafedranın təhsildə fərqlənən tələbələri “SOCAR”, “BP” kimi böyük şirkətlərdə təcrübələr keçir və bu obyektlərdə müxtəlif istehsal proseslərinin yerinə yetirilməsinə və təşkilinə həsr olunmuş buraxılış işləri və magistr dissertasiyaları üzərində çalışırlar.

BP şirkətində  kimya mühəndisi vəzifəsində çalışan  Kənan Tağıyev “Neft-kimya texnologiyası və sənaye  ekologiyası” kafedrasında “Ətraf mühitə təsirin qiymətləndirilməsi” mövzusunda dərslər keçmişdir.

Hazırda kafedrada  4  professor,  26 dosent  və 8 müəllim tədris prosesinə cəlb edilmişdir.

Kafedranın 6 tədris    laboratoriyası mövcuddur.  Burada 14 laborant çalışır.   Kafedranın AMEA-nın “Neft-Kimya Prosesləri  İnstitutun”da baza kafedrası  yaradılmışdır. Kafedrada 21 nəfər fəlsəfə elməri üzrə və 4 nəfər elmlər doktoru proqramı üzrə  elmi  işini  davam etdirir.

Kafedranın əməkdaşları tərəfindən 2022-ci ildə 106 məqalə, 5 dərslik və dərs vəsaiti, 10 patent, 81 tezis dərc olunmuşdur.

Kafedrada Azərbaycanın yanar şistlərindən alternativ yanacaqların alınması,   neft emalı  zavodlarında alınan  qazların  səmərəli istifadəsi,   neftlərdən  təbii neft  turşularının alınması, neft emalı, neft-kimya  prosesləri tullantılarının tədqiqi, kimya sənayesinin və aparatlarının hesablanma üsulları, ətraf mühit və  neft sənayesi  və optimal  layihələndirilməsi istiqamətlərində   elmi-tədqiqat işləri aparılır.