Universitetdə Elmi Şura tərəfindən təsdiq edilmiş “ADNSU-nun müxtəlif struktur bölmələrinə işçi qəbulunun 2 pilləli sistem əsasında aparılması qaydaları” mövcuddur.
Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ aktlarına, “ADNSU-nun Nizamnaməsi”nə və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq və yerli təcrübəyə uyğun olaraq hazırlanmışdır.
ADNSU-da seçkili vəzifələrin tutulması Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na və digər normativ-hüquqi aktlara əsasən keçirilir. Seçkinin nəticələrinə uyğun olaraq, yalnız sənədləşdirmə işləri Kadrlar şöbəsi tərəfindən aparılır.
Əmək və mülki münasibətlərin bağlanması və xitam verilməsi zamanı Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20.12.2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın və digər qanunvericilik aktlarının tələbləri nəzərə alınır.
SERP – müəsissədə çalışan işçilərin kadr və əmək haqqı üzrə şəxsi məlumatlarına baxış üçün nəzərdə tutulmuşdur. Bu proqramda işçilərinin şəxsi kartlarına, tabel və əmək haqqı məlumatlarına, ezamiyyə, analıq məzuniyyəti, analıq məzuniyyətin dayandırılması,ödənişsiz məzuniyyət, əmək məzuniyyəti, təhsil məzuniyyəti, kadrların şöbəsində verilmiş bütün əmrlərin sistemə yerləşdirilməsi əməliyyatları yerinə yetirilir.
Müdir: Günay Rəfiyeva
Email: gunay.refiyeva@asoiu.edu.az
Əlaqə nömrəsi: (012) 498-65-27