×

İxtisaslar

Ekologiya mühəndisliyi insanları və ekosistemləri ətraf mühitin mənfi təsirlərindən qoruyan, həmçinin ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, mühafizəsi və təbii sərvətlərin səmərəliliyini təşkil edən, nəzarət edən və proqnozlaşdıran sahədir. Ekologiya mühəndisləri ətraf mühitdə baş verən təbii və atropogen problemlərə, onun gələcək proqnozlarına social-iqtisadi və ekoloji nöqteyi nəzərdən yanaşaraq həlli yolarını araşdırırlar.

 

Təhsil proqramının sonunda məzunlar aşağıdakı bilik və bacarıqlara yiyələnməlidirlər:

1. Təbiətdəki fasiləsizlik və diskretlik, qanunauyğunluq, obyektlərin quruluşunun ardıcıllığı, təbiətdəki obyektlərin fərdi və birgə hərəkətləri haqqında biliyi mühəndislikdə nümayiş etdirməyi bacarmalıdır.

2. Əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, fiziki-kimyəvi xassələri və atom molekul nəzəriyyəsi haqqında bilikləri, maddələrin təyini və kimyəvi müəyyənləşdırilməsi metodlarını ekologiya mühəndisliyində istifadə etməyi bacarmalıdır.

3. Kompyuter texnologiyasının texniki və proqram vasitələrini ekologiya mühəndisliyinə aid texniki layihələndirmədə geniş tətbiq etməyi bacarmalıdır.

4. Atmosferdə, hidrosferdə və litosferdə baş verən baş verən fiziki-kimyəvi proseslərin, təbii sistemlərdə kimyəvi çevrilmələrin xüsusiyyətlərinin, geosferin əsas qanunauyğunluqlarının, yerdə enerji mənbələri, endogen və ekzogen proseslərin, zəhərli maddələrin orqanizmdə metabolik çevrilmələrinin radioaktiv şüalanmaların parametrlərinin təsiri barədə bilikləri mühəndislikdə nümayiş etməyi bacarmalıdır.

5. Dünyada baş verən təbiət-cəmiyyət münasibətlərinin təhlili, bundan yaranan ekoloji problemlərin həllinin canlı orqanizmlərlə onları əhatə edən mühit arasında olan qarşılıqlı münasibətlərin, ekoloji qanunların, prinsiplərin və qaydaların, Azərbaycan Respublikasının ekoloji problemlərini təhlil etməyi bacarmalıdır.

6. Ətraf mühitin monitorinq sistemi, monitorinqin növləri, monitorinq sistemlərinin təsnifatı, lokal qlobal monitorinq və ətraf mühitdə baş verən iqlim dəyişikləri proqnozlaşdırılması üsullarını, ətraf mühitə təsir mənbələrinin və təsir növlərinin təyin edilməsi üsullarını, ətraf mühitə atropogen təsirlər və onların məhdudlaşdırılması yollarını və ətraf mühitin keyfiyyətinə nəzarətin təşkilini mühəndislikdə nümayiş etməyi bacarmalıdır.

7. İstehsalat tullantılarının həcmi strukturu, sənaye tullantılarının təsnifatı, istehsal tullantıları, istehlak tullantıları, yan məhsullar, istehsalat tullantılarının yaranma səbəbləri, tullantıların miqdarının azaldılması yollarını, kimya və neft-kimya sənaye tullantılarının təmizlənməsi və rekuperasiyasının müasir vəziyyəti, neft-kimya sənayesi tullantılarının xüsusiyyəti, tullantuların müxtəlifliyi, ətraf mühitə təsirini bilməlidir.

8. Neftqazçıxartma sənayesi, neft emalı və neft-kimya sənayesinin maye tullantıları və onların təkrar emalı, karbohidrogenlərin pirolizi prosesində yaranan məhsul olan qətranın səmərəli istifadə yolları, piroliz qətranının kompleks emalı yolları, neft-kimya proseslərinin bərk tullantılarının emal üsullarını, neft emalı və neft-kimya proseslərində yaranan çirkab suların azaldılması yollarını bilməlidir.

9. İqlim dəyişikliyi, qlobal istiləşmə o cümlədən hava şəraitindəki dəyişiklikləri, dəniz səviyyəsinin yüksəlməsinin və ekstremal hava göstəricilərinin təsirlərinin müəyyənləşdirmək,”istixana” effekti yaradan qazların emissiyasının iqlim dəyişikliyinə təsirinin öyrənilməsi, ozon qatının dağılmasının qarşısının alınması, atmosferə atılan tullantıların azaldılması tədbirləri və təmizlənmə üsullarını tətbiq etmək bacarığına malik olmalıdır.

10. Hidrosferin çirklənməsi və mühafizəsini, suların çirklənmə göstəricilərini, istehsalat çirkab sularının təmizlənmə üsullarını, keyfiyyətə nəzarət bacarmalıdır.