×

Haqqımızda

İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Fakültədə  “Elektronika və avtomatika”, “Kompüter mühəndisliyi”, “Cihaz mühəndisliyi” və “Ümumi və tətbiq riyaziyyat” kafedraları fəaliyyət göstərir.

Elektronika və avtomatika kafedrasında

  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
  • Radiotexnika və telekommunikasiya mühəndisliyi.

Kompüter mühəndisliyi kafedrasında 

  • Kompüter mühəndisliyi;
  • İnformasiya texnologiyaları;
  • İnformasiya təhlükəsizliyi;
  • Mexatronika və robototexnika mühəndisliyi.

Cihaz mühəndisliyi kafedrasında

  • Cihaz mühəndisliyi.

Ümumi və tətbiq riyaziyyat kafedrasında

  • Kompüter elmləri.

 

 “İnformasiya texnologiyaları və idarəetmə fakültəsi” Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin müasir informasiya texnologiyaları və idarəetmə sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçirən aparıcı struktur bölmələrindən biridir. Fakültədə tədris müasir təhsil standartları və innovativ metodlar əsasında təşkil olunur. Tələbələrə nəzəri biliklərlə yanaşı praktiki bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir. Fakültə ölkənin İT və idarəetmə sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verir.

Əsas vəzifələri:

  • İnformasiya texnologiyaları və idarəetmə sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması;
  • Tədris prosesinin müasir təhsil standartları və innovativ metodlar əsasında təşkili;
  • Tələbələrdə nəzəri biliklərlə yanaşı praktiki və peşəkar bacarıqların formalaşdırılması;
  • Elmi-tədqiqat işlərinin aparılması və tələbələrin bu prosesə cəlb olunması;
  • Sənaye və biznes qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi;
  • Müasir İT texnologiyalarının və idarəetmə yanaşmalarının tədrisə inteqrasiyası;
  • Tələbələrin analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi.

Rəhbərlik 

Fərid Ağayev 

Dekan, t.e.n., dosent

1954-cü il avqustun 17-də Qərbi Azərbaycan, Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. 1971–1976-cı illərdə AzNKİ (indiki ADNSU)  “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsini bitirmişdir. 1992-ci ildə texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 

Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində beynəlxalq təhsil layihələrində iştirak etmiş, Almaniya və digər Avropa universitetləri ilə birgə proqramların həyata keçirilməsində fəal rol oynamışdır. 100-dən çox elmi məqalə, dərs vəsaiti və metodik materialın, 1 monoqrafiya və 2 ixtiranın müəllifidir.

ADNSU-nun Elmi Şurasının üzvü, “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin Elmi Şurasının və Elmi-Metodik Komissiyasının sədri olmuşdur. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində akkreditasiya və attestasiya proseslərində ekspert kimi iştirak etmişdir.

2013-cü ildə fəxri fərmanla təltif olunmuş, 2020-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı və ADNSU-nun 100 illiyi yubiley medalı ilə təltif edilmişdir.

Əlaqə məlumatları: 050 378 51 43

Telefon : 4990     

E-mail: farid.agayev@asoiu.edu.az

Əməkdaşlar

SıraAd, soyadVəzifəE-mail
  1.  
Tağıyev Rəşad MüsrəddinTədris işləri üzrə dekan müavinitagiyev.reshad@asoiu.edu.az
  1.  
Əzizova Züleyxa OrucTədris işləri üzrə dekan müavinizuleyxa.azizova@asoiu.edu.az
  1.  
Səfərova Aygün AğamirzəSosial işlər üzrə dekan müaviniaygun.safarova@asoiu.edu.az
  1.  
Baxşəliyeva Sevinc VaqifTyutorsevinc.quliyeba@asoiu.edu.az
  1.  
Tağıyeva Sevil AvdıTyutorsevil.tagiyeva@asoiu.edu.az
  1.  
Salayeva Ceyran ElşənTyutorceyran.salayeva.e@asoiu.edu.az
  1.  
Vəliyeva Mehparə RasimTyutormehpara.valiyeva.r@asoiu.edu.az
  1.  
Hümmətova Nərgiz EldarTyutornargiz.aliyeva.e@asoiu.edu.az
  1.  
Əsədova Yamən HabilTyutorasadova.yaman@asoiu.edu.az
  1.  
Musayeva Qumru NicatTyutorqumru.sadixova.as@asoiu.edu.az
  1.  
Qədimova Xatirə YunisTyutorkhatira.malikova.y@asoiu.edu.az
  1.  
Abdullayeva Ceyran ƏsədullaTyutorceyran.abdullayeva@asoiu.edu.az
  1.  
Ağakişiyeva Arzu RamazanTyutoraghakishiyeva.arzu@asoiu.edu.az
  1.  
Yusifli Aytəkin İlhamTyutoraytakin.yusifli.il@asoiu.edu.az

Strukturun əsas xidmət və vəzifələri

  • Tələbələr üçün təcrübə proqramlarının və istehsalat təcrübələrinin təşkili
  • Elmi-tədqiqat işlərinin aparılması və innovativ layihələrin hazırlanması
  • Yerli və beynəlxalq təşkilatlarla elmi və təhsil əməkdaşlığının qurulması
  • Seminar, konfrans və təlimlərin keçirilməsi
  • Startap və innovasiya təşəbbüslərinin dəstəklənməsi
  • Məzunların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi

Əlaqə

Ünvan: AZ1010, Bakı şəhəri, Azadlıq prospekti 34

Otaq nömrəsi: 1401, 1419, 1421, 1437, 1438

Telefon: 598-45-31

İş saatları: 8.00-18.00

Məlumata cavabdeh şəxs (koordinator)

Tağıyev Rəşad Müsrəddin

Tədris işləri üzrə dekan müavini

Telefon: 4090

E-mail: tagiyev.reshad@asoiu.edu.az