×

Haqqımızda

Cihaz mühəndisliyi

"Elektrik ölçmələri” kafedrası (indiki “Cihaz mühəndisliyi” kafedrası) 1961-ci ilin yanvar ayında təsis edilmşidir. 

1971-ci ildən 13.12.2011-ci ilədək  kafedra “İnformasiya-ölçmə və hesablama texnikası” (İÖHT) adı altında fəaliyyət göstərmisdir. Kafedrada “İnformasiya-ölçmə texnikası” ixtisası ilə bərabər Azərbaycan Respublikası üçün mühüm əhəmiyyətə malik olan üç ixtisas – “Aviasiya cihazları və ölçmə-hesablama kompleksləri”, “Aerokosmik monitorinq” və ”Biotexniki və tibbi cihazlar” ixtisasları üzrə mühəndislər hazırlanmışdır. ”Biotexniki və tibbi cihazlar ” (BTC) ixtisası bazasında eyni adlı yeni kafedra yaradılmış və müəyyən müddət ərzində fəaliyyət göstərmişdir.

BTC kafedrasına müxtəlif dövrlərdə dos. T.A. Əliyev, Professor İ.M. Abdullayev və dos. N.T. Abdullayev rəhbərlik etmişlər.  

13.12.2011-ci ildə kafedranın adı dəyişdirilərək “İnformasiya-ölçmə və kompüter texnikası” (İÖKT) adlandırılmışdır.  31.01.2013 – cü ildə “İnformasiya-ölçmə və kompüter texnikası” (İÖKT) və “Biotexniki və tibbi cihazlar” kafedralari birləşdirilərək “İnformasiya-ölçmə və kompüter texnikası” (İÖKT) adı altında fəaliyyət göstərmişdir.

02.04.2016 –cı il tarixindən etibarən “İnformasiya-ölçmə və kompüter texnikası” və “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi” (MSKİ, sabiq kafedra müdiri professor N.H. Fərzanə) kafedralarının birləşdirilməsi ilə yaradılan kafedra “Cihazqayırma mühəndisliyi”  adlandırılmışdır. 

Müxtəlif illərdə kafedraya texnika elmləri doktoru, Akademik Tofiq Məmməd oğlu Əliyev (1971-1994-ci illər), texnika elmləri doktoru, professor Ramiz Mehti oğlu Mirsəlimov (1994-2004 -ci illər), texnika elmləri doktoru, professor İldar Hacıvələt oğlu Muratov (2004-2008-ci illər), texnika elmləri doktoru, professor Rəhim Qurban oğlu Məmmədov (2008- 2016-ci illər), texnika elmləri namizədi, dosent Rauf  Nəbiyev (2016-2018-ci illər) rəhbərlik etmişlər. 

Hazırda “Cihaz mühəndisliyi” adlanan kafedranın müdiri olan texnika elmləri doktoru, professor Lalə Rüstəm qızı Bəkirova öz fəaliyyətinə 2018-ci ilin oktyabr ayından başlamışdır.

Müxtəlif illərdə kafedranın əməkdaşları aşağıdakı mükafatlara və fəxri adlara layiq görülmüşlər: SSRİ Dövlət Mükafatı (Əliyev T.M., Əliyev R.Ə.); Azərbaycan SSRİ Dövlət Mükafatı (Əliyev T.M., Mirsəlimov R.M., Şayn İ.L., Melnikov A.Q., Şahmərdanov Ş.M.); akademik Qubkin adına mükafat (Əliyev T.M., Əliyev R.Ə. və b.); “Şöhrət ordeni” və “Qabaqcıl təhsil işçisi” döş nişanı (prof. Mirsəlimov R.M.); “Əməkdar müəllim” və “Tərəqqi medalı” (dos. D.H.Əliyeva); “Tərəqqi medalı”  (prof. R.Q.Məmmədov, dos.V.A.Abbasov və prof. L.R.Bəkirova). 

Kafedrada 2 nəfər texnika üzrə elmlər doktoru və 13 fəlsəfə doktoru olmaqla ixtisas üzrə tədrisdə 2 professor, 12-dosent, 13- müəllim fəaliyyət göstərir. Həmçinin, 0,5 ştat 2 professor, 6 dosent, 4 müəllim və saat hesabı ilə 7 müəllim müxtəlif sənaye sahələri, elmi tədqiqat institutları, ixtiasa uyğun şirkət və müəsisələrdən, tibb mərkəzlərindən aparıcı mütəxəssislər tədrisə cəlb olunmuşdur. 

Kafedranın tədris laboratoriyasında 1-laboratoriya müdiri, 9-laborant (2 nəfər 0.5 labarant), 1-tədris ustası; tələbə konstruktor bürosunda 1-baş mühəndis, 1 mühəndis, 0,5- aparıcı mühəndis, və 0,5 ştat mühəndis çalışır.

Hazırda “Cihaz mühəndisliyi” kafedrasında “İnformasiya-ölçmə və idarəetmə sistemləri”, “Metrologiya və metroloji təminat” və “Tibbi texnologiya” ixtisaslarında fəlsəfə doktoru proqramı üzrə  17 nəfər fəlsəfə doktoru üzrə, 1 nəfər isə elmlər doktoru üzrə təhsil alır. Kafedranın doktorant, dissertant və magistrantları müvafiq fənlərin laboratoriya və məşğələ dərslərinin tədrisnə cəlb olunmuşlar.

 Son 2il ərzində 1 elmlər doktoru və 6 fəlsəfə doktoru elmi dərəcəsı almaq üçün dissertasiya müdafiə etmiş və diplomlarını almış, 4 nəfərin isə texniki elmlər üzrə fəlsəfə doktoru elmi  dərəcəsi almaq üçün genişləndirilmiş kafedra iclasından və seminarı keçirilmiş və sənədləri müdafiə şurasına təqdim olunmuşdur.

2023-cü ilə qədər kafedrada tələbələr bakalavriat səviyyəsində  azərbaycan, ingilis və rus bölmələrində “Cihazqayırma mühəndisliyi” (2021-22-ci tədris ilindən isə yeni proqramla 050604 –Cihaz mühəndisliyi), “Biotibbi texnologiyalar mühəndisliyi” və “Metrologiya standartlaşdırma və keyfiyyətə nəzarət mühəndisliyi”, ixtisası üzrə təhsil alırdılar. 2023-24 cü tədris ilindən bu pillədə yeni poqramla  “Cihaz mühəndisliyi”ixtisası üzrə bakalavr təhsili təşkil edilir. Fənn proqramının Seçmə fənn bloklarında isə uyğun olaraq “Cihaz mühəndisliyi”, “Biotibbi texnologiyalar mühəndisliyi” və “Metrologiya standartlaşdırma və keyfiyyətə nəzarət mühəndisliyi”  üzrə fənlər tədris edilir.

Magistratura səviyyəsində tədris “Kompüterli informasiya – ölçmə texnologiyaları”, “Biotexniki və tibbi aparatlar və sistemlər”, “Keyfiyyətə nəzarət, diaqnostik üsul və sistemlər” və “Metrologiya və metroloji təminat” ixtisaslaşmaları üzrə uyğun olaraq 11, 13,13 və 13 fənlərinin bazasında aparılır.

Kafedra həmçinin universitetin digər fakültələrinin, o cümlədən Qaz-neft mədən, Kimya texnologiyası, Neft-mexanika, Energetika və İqtisadiyyat və idarəetmə fakültələrində   bakalavr və magistr pilləsində müəyyən fənlərin tədrisində iştirak edirlər.

Son 5 ildə kafedranın nəzdində mövcud olan laboratoriyalar bərpa olunmuş, yeni avadanlıqlar və element bazasında müasir laboratoriyalar və kompüter sinifləri və Webauditoriyalar yaradılmışdır. Tələbələrin, magistrantların, doktorantların və  kafedra əməkdaşlarının sərbəst tədqiqat aparmaları və nəticələrinin fiziki maket şəklində təqdim edilməsi üçün kafedranın nəzdində “Tələbə konstruktor bürosu” və “Elmi tədqiqat və layihə mərkəzi” və  “Ölşmə-nəzarət və idarəetmə laboratoriyası” fəaliyyət göstərir.

Mərkəzin fəaliyyəti nəticəsində tələbələr tərəfindən yeni element bazasında işlənilmiş və laboratoriya sınaqları və elmi tədqiqatlar üçün nəzərdə tutulan fiziki və imitasiya maketləri hazırlanmışdır.