×

Müəllimlər

Nəbiyeva Cəmalə

Kafedra

Kompüter mühəndisliyi

Vəzifə

Dosent

Bitirdiyi ali təhsil müəssisəsi: Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

Əlaqə: camala157@mail.ru   

Elmi dərəcəsi və elmi adı: ADNSU(Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) – nun “Kompüter mühəndisliyi”  kafedrasınn dosenti, pedaqoji elmlər namizədi.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı:

 2007 – ci  ildə Pedaqoji Elmlər namizədi  Bakı EN № 04317, ixtisas şifri və adı- 13.00.01-Umumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi. Mövzu- “Kompüter texnogiyalarından istifadə şagirdlərin fəallaşdırılması vasitəsi kimi.” 

Doktorluq dissertasiyasının, ixtisas şifri və ixtisasın adı, mövzunun adı: 

2016 – ci ildən etibarən ADPU – nun Riyyaziyyat və onun tədrisi metodikası kafedrasının (5801.01 – təlim və tərbiyənin nəzəriyyəsi və metodikası) riyaziyyatın tədrisi metodikası ixtisasının pedaqogika üzrə elmlər doktoru proqramı üzrə dissertantı. Dissertasiya mövzusu: “Ali təhsil müəssisələrində ali riyaziyyatın tədrisində İKT-dən istifadənin nəzəriyyəsi və təcrübəsi”.

Əmək fəaliyyəti və əsas iş yeri: 

1989-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika institutunda mühəndis-informatik. 1994-1997-ci illərdə Bakı Şəhəri Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda “İnformatika”  kafedrasında metodist. 1997-2011-ci illərdə 157 saylı məktəbdə riyaziyyat-informatika müəllimi. 2011-2013- cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Dəqiq elmlər” kafedrasında baş/müəllim. 2013-2017-ci illərdə  Azərbaycan Dövlət Dəniz Akademiyası “Mexanika və Riyaziyyat” kafedrasinda dosent (əmr 547/k).

2018-ci ildən 30.09.2023-cü ilədək Bakı Biznes Universitetində “Ali riyaziyyat və texniki fənlər” kafedrasında dosent, 01.10.2023-cü ildən  06.09.2024-cü il tarixədək BBU-nun “İnformasiya texnologiyaları” kafedrasında dosent vəzifəsində çalışıb. 01.10.2024 -cü il tarixdən etibarən ADNSU– nun “Kompüter mühəndisliyi” kafedrasında dosent vəzifəsində çalışır.

Digər fəaliyyəti:

1995-ci ildən hazırki vaxta qədər TQDK-da (indiki DİM Dövlət İmtahan Mərkəzi) İmtahan rəhbəri və Müstəqil ekspert kimi fəaliyyət göstərir.

Mükafatlar,  qrantlar, patentlər: 

Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və Xarici Təşkilatlar tərəfindən Fəxri Fərman və sertifikatlar. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2007/2008 ci tədris ilində “İlin ən yaxşı fənn muəllimi” müsabiqəsinin qalibi. Hər il tədris etdiyi fənlər üzrə keçirilən innovativ təlim kurs və seminarlarda, “Təhsil Forumu-layihələr”ində iştirak etmişdir. 2024-cü il iyul ayının 08-12 tarixinədək “Egitimcinin Egitimi” Türkiyə Təhsil Forumunun proqramı üzrə İzmir şəhərinin universitetlərində (YASAR, EGE, ECONOMİ) keçirilən konfransların iştirakçısı olub.

50-dən çox elmi və tədris-metodiki işin müəllifidir (onlardan 2-i Web of Science Core Collection bazasında, 4-ədədi isə Scopus bazasında öz əksini tapmışdır). 15-dən çox fənn proqramının müəllifidir.