×

Müəllimlər

Araz Əliyev

Kafedra

Ümumi və tətbiqi riyaziyyat

Vəzifə

Kafedra müdiri, professor

Elmi dərəcə

Riyaziyyat üzrə elmlər doktoru

E-poçt

alievaraz@asoiu.edu.az

Bitirdiyi ali təhsil müəssisəsi: Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakultəsi.

E-Poçt:

Elmi dərəcəsi və elmi adı: Əməkdar Elm xadimi, Riyaziyyat üzrə elmlər doktoru, professor.

Tədqiqat sahəsi: Operator-differensial tənliklərin həllolunma məsələləri və onlarla bağlı spektr al məsələlər. Maqnit Şredinger operatorunun spektral xassələri, Yüksək məhsuldarlı hesablamalar (HPC – High Performance Computing).

Tədris etdiyi fənlər:

Riyazi analiz-1, Riyazi analiz-2, Kompleks analiz, Tətbiqi funksional analiz.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı:

1998, 01.01.01 - Riyazi analiz, Kəsilən əmsallı operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin korrekt həll olunması haqqında.

Doktorluq dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı:

2009, 01.01.01 - Riyazi analiz, Hilbert fəzasında bəzi sinif operator-diferensial tənliklərin həll olunma məsələləri.

Əmək fəaliyyəti və əsas iş yeri:

2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, 0,5 ştat professoru;

1999-2016, Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat kafedrasında baş laborant, müəllim, dosent, professor.

Əvəzçiliklə işlədiyi yer:

2004- h/h, AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi.

Digər fəaliyyəti:

  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika elmləri" ixtisasları üzrə ekspert şurasının sədri (2019 -2023);
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika elmləri" ixtisasları üzrə ekspert şurasının üzvü (2015 -2016);
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun eksperti;
  • AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki doktorluq dissertasiya şurasının üzvü (2013-2014);
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumuniversitet multidistiplinar elmi seminarının sədri (2017 -h/h);
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası nəzdində HPC elmi-tədqiqat mərkəzinin elmi rəhbəri (2018-h/h);
  • "Proceedings of the Institute of Mathematics and Mechanics, National Academy of Sciences of Azerbaijan" elmi jurnalının redaksiya heyətinin üzvü (2014 -h/h) (Web of Science Core Collection, Scopus);
  • Azərbaycan Riyaziyyat Cəmiyyətinin "Azerbaijan Journal of Mathematics" elmi jurnalının redaksiya heyətinin üzvü (2012 -2020) və Menecer Editoru (2015 -2020) (Web of Science Core Collection, Scopus);
  • ABŞ dərc olunan "Mathematics and Statistics" elmi jurnalının redaksiya heyətinin üzvü (2013-2019) (Scopus);
  • "Transactions of the Azerbaijan National Academy of Sciences, series of physical -technical and mathematics science, issue mathematics" elmi jurnalının redaksiya heyətinin üzvü (2015 - 2017) (Scopus);
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təsis olunmuş "Azerbaijan Journal of High Performance Computing" elmi jurnalının baş redaktoru (2018 -h/h) (Index Copernicus);
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təsis olunmuş "Baku Mathematical Journal" elmi jurnalının baş redaktoru (2022 -h/h);
  • "Transactions of Azerbaijan Institutes of Technology" elmi jurnalının redaksiya heyətinin üzvü (2016-2019);
  • "Journal of Contemporary Applied Mathematics" beynəlxalq elmi jurnalının baş redaktoru (2011-2017);
  • Amerika Riyaziyyat Cəmiyyətinin üzvü;
  • Riyaziyyat üzrə bir sıra nüfuzlu beynəlxalq jurnalların rəyçisi (https://publons.com/researcher/2297342/araz -r-aliev/peer-review/).

Mükafatlar, qrantlar, patentlər:

  1. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020 -ci il tarixli sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
  2. Azərbaycan Respublikası Təhsil nazirinin 08 may 2021 -ci il tarixli əmri ilə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920 -2020) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.
  3. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011 -ci il üçün 1 - ci müsabiqəsində EIF-2011-1(3)-82/28/1 qrant elmi-tədqiqat layihəsinin iştirakçısı.
  4. 2011/2012-ci tədris ilində Bakı Dövlət Universitetinin universitetdaxili "50+50" qrant proqramının qalibi.
  5. Kral Əbdüləziz Universitetinin Elmi araşdırmalar mərkəzinin (DSR, Ciddə, Səudiyyə Ərəbistanı) 2015 -ci il üçün qrant elmi-tədqiqat layihəsinin (№ 363 -686-D1435) rəhbəri.
  6. Kral Əbdüləziz Universitetinin Elmi araşdırmalar mərkəzinin (DSR, Ciddə, Səudiyyə Ərəbistanı) 2016 -cı il üçün qrant elmi-tədqiqat layihəsinin (№ G-377-965-1436) rəhbəri.
  7. ADNSU-nun 2018-ci il üçün universitetdaxili “Universitet Qrantı” elmi layihəsini n (№ ADNSU-2018-1-01) iştirakçısı.
  8. 2020-2022-ci illəri əhatə edən Taif Universitetinin Tədqiqatlarına Dəstək (Taif, Səudiyyə Ərəbistanı) qrant elmi-tədqiqat layihəsinin (№ TURSP-2020/031) rəhbəri.
  9. 2019-2023-cü illəri əhatə edən "ERASMUS+ MAGnUS: Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı üzrə magistr proqramı" - 598342-EPP-1-2018-1-SE-EPPKA2-CBHE-SP/MAGnUS qrant layihəsinin iştirakçısı.
  10. 2021-2024-cü illəri əhatə edən və 101021936 saylı Qrant Sazişi çərçivəsində Avropa İttifaqının Horizon 2020 tədqiqat və innovasiya proqramından maliyyəşən "rEsilient and seLf - healed EleCTRical pOwer Nanogrid" - H2020-SU-DS-2020/U-DS04-2018-2020 ELECTRON qrant layihəsinin iştirakçısı.