Kafedra
Ümumi və tətbiqi riyaziyyat
Vəzifə
Professor
Elmi dərəcə
Riyaziyyat üzrə elmlər doktoru
E-poçt
Elmi dərəcəsi və elmi adı: Riyaziyyat üzrə elmlər doktoru, professor.
Tədqiqat sahəsi: Ədədi üsullar, Yüklənmiş diferensial tənliklərə nəzərən sərhəd və optimal idarəetmə məsələləri. Əks əlaqəli idarəetmə məsələləri, Riyazi fizikanın tərs məsələləri.
Xətti cəbr, Optimallaşdırma üsulları, Əməliyyatların tədqiqi və oyunlar nəzəriyyəsi, Ədədi üsullar-1,2, Optimal idarəetmənin ədədi üsulları.
Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı:
2004, 05.13.18 - Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri, Aralıq şərtlərli optimal idarəetmə məsələlərinin ədədi həlli.
Doktorluq dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı:
2015, 1203.01 - Kompüter elmləri, Qeyri-başlanğıc-sərhəd şərtli yüklənmiş sistemlər üçün sərhəd və optimal idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi.
Əmək fəaliyyəti və əsas iş yeri:
2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru;
2008-2016, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Tətbiqi riyaziyyat kafedrasının dosenti;
2003-2008, AMEA İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi;
1997-2003, “Mətbuat” firmasında dizayner-proqramçı, kompüter şöbəsinin müdiri; 1996-1997, Azərbaycan Respublikası Milli Məclisi yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin “Empirik tədqiqatlar” şöbəsində 1-ci dərəcəli məsləһətçi.
Əvəzçiliklə işlədiyi yer:
2008-2018, AMEA İdarəetmə Sistemləri İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi.
Digər fəaliyyəti:
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika elmləri" ixtisasları üzrə ekspert şurasının üzvü və elmi katibi (2016, 2019 -h/h);
AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdindəki doktorluq dissertasiya şurasının üzvü (2016);
"Advanced Mathematical Models & Applications" elmi jurnalının redaksiya heyətinin üzvü (2016-h/h).
Mükafatlar, qrantlar, patentlər: