×

Müəllimlər

Mahir Səbzəliyev

Kafedra

Ümumi və tətbiqi riyaziyyat

Vəzifə

Professor

Elmi dərəcə

Riyaziyyat üzrə elmlər doktoru

E-poçt

mahir.sabzaliev@asoiu.edu.az

Bitirdiyi ali təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki), Riyaziyyat fakultəsi.

E-Poçt:

Tədqiqat sahəsi: Sinqulyar həyəcanlanmış diferensial tənliklər.

Tədris etdiyi fənlər:

Xətti cəbr və analitik həndəsə, Riyazi analiz -1, Riyazi analiz-2, Diferensial tənliklər, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Riyaziyyat-1, Riyaziyyat-2, Tətbiqi riyaziyyat, Mühəndis riyaziyyatı.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı:

1982, 01.01.02 - Diferensial tənliklər, Kiçik parametr daxil olan xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri.

Doktorluq dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı:

2013, 1211.01 - Diferensial tənliklər, Sinqulyar həyəcanlanmış diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri.

Əmək fəaliyyəti və əsas iş yeri:

2017- h/h, Bakı Biznes Universiteti, Ali riyaziyyat və texniki fənlər kafedrasının müdiri;

2016-2017, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru;

2011-2016, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ali riyaziyyat kafedrasının müdiri;

1988-2011, Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU), Ali r iyaziyyat kafedrasında baş müəllim, dosent;

1984-1988, “Xəzərdənizneftqazsənaye” ÜSB, Hesablama Mərkəzində böyük mühəndis; 1980-1984, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) böyük laborant; 1977-1980, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ( indiki ADPU) əyani aspirant;

1971-1977, Ağsu rayonunda riyaziyyat müəllimi.

Əvəzçiliklə işlədiyi yer:

2017- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrası 0,5 ştat professoru.

Digər fəaliyyəti

- AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki doktorluq dissertasiya şurasının elmi seminarının katibi (2020-h/h).

118 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 7 -si Web of Science Core Collection bazasında, 4 -ü isə Scopus bazasında öz əksini tapmışdır).