×

AzIIEduLab

Haqqımızda

AziiEduLab 11.11.2022-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti daxilində fəaliyyətə başlamışdır. Layihənin əsas məqsədi universitetimizdə təhsil alan tələbələri müxtəlif təlim və seminarlarla təmin etməkdir. AziiEduLabda təlimlər peşəkar müəllimlər tərəfindən həyata keçirilir. AziiEduLab fəaliyyətə başladığı gündən etibarən çox saylı təlim və seminarlar təşkil edərək tələbələrin rəğbətini qazanmışdır. Təlim mərkəzinin fəaliyyətinə nəzər salsaq:

AziiEduLab-ın təşkilatçılığı ilə tələbələrimizin inkişafı üçün həyata keçirilən seminarlardan biri “Cybersecurity” sahəsində, digəri isə “Project Management and Start Up” bacarıqlarının təkmilləşdirilməsi çərçivəsində Fəxri Nifdalızadənin rəhbərliyi ilə həyata keçirilmişdir.

Mərkəz tərəfindən tələbələr üçün Java, C# və Cybersecurity təlimləri təşkil edilmişdir.

“Promt Engineering”, “Lead Google Community”, “Build your ML Model and make it work” haqqında təşkil olunan seminar və tələbələrimiz üçün mərkəzimiz tərəfindən keçirilən CTF yarışı da AziiEduLab layihəsinin fəaliyyətinə daxildir.

AziiEduLabdan məzun olan tələbələr təlim müddətində öyrəndikləri biliklər əsasında layihə hazırlayaraq rəhbərlik qarşısında çıxış edir və sonda təlimi müvəffəqiyyətlə başa vuran tələbələr xüsusi sertifikatla mükafatlandırılır.