İşə qəbul üçün tələb olunan məlumatlar:
1. Təhsil: Orta ixtisas təhsili (Multimedia, Kino, Jurnalistika və ya əlaqəli sahələr)
2. İş təcrübəsi: Minimum 1 il media, foto/video çəkiliş sahəsində təcrübə
3. Sertifikatlar və sənədlər: CV, təhsil sənədləri, portfolio
4. Texniki səriştəliliklə bağlı şərtlər:
- Peşəkar fotoaparat və videokamera avadanlıqları ilə işləmə
- İşıqlandırma və səs avadanlıqlarından istifadə təcrübəsi
- Canlı yayımların texniki təminatında iştirak bacarığı
- Video arxivlərin idarə olunması
- Montaj proqramlarında işləmə (üstünlükdür)
Əlavə şərtlər: Yaradıcılıq, operativlik, komanda ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Universitetin tədbir, konfrans, görüş və layihələrinin video çəkilişini aparmaq
- Tədbirlərdən və gündəlik universitet fəaliyyətindən media materialları hazırlamaq
- Podkastların çəkilişi və səs/video montajını həyata keçirmək
- Universitetlə bağlı sənədli filmlərin çəkilişi
- Canlı yayımların (YouTube, Facebook, Instagram və s.) texniki təminatı
- Media arxivinin formalaşdırılması və yenilənməsi
- Tədbirlərin işıqlandırılması üçün kreativ vizual həllər təqdim etmək
- İşıqlandırma, səs və studiya avadanlıqlarının idarəsi
- Müasir media trendlərini izləmək və tətbiq etmək
QEYD: Bildiririk ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.