×

Events

Events 20 Sep 2023
Elan

 

Konfransda ölkəmizin aparıcı universitetlərinin tanınmış iqtisadçı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Konfransın mövzuları:

- İşğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu və potensial imkanlar

- Azərbaycanda sənayenin yeni inkişaf mərhələsi və perspektivlər

- İqtisadiyyatın diversifikasiyası və xarici ticarətin problemləri

- Biznes mühiti və sahibkarlığın inkişafı

- Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi problemləri

- Maliyyə, bank, vergi və büdcə siyasəti

- Xidmət səhələrinin və sosial sferanın iqtisadiyyatı 

- Qeyri-neft sektorunun inkişafının aktual problemləri 

- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının formalaşdırılması 

- Rəqəmsal iqtisadiyyat və süni intellekt

 

Konfrans üçün məqalələrin son qəbulu vaxtı – 25 oktyabr 2023-cü il

Konfransa daxil olmuş məqalələrin seçilməsi – 01 noyabr – 15 noyabr 2023-cü il

Konfransın proqramının hazırlanması və çapı – 15-20 noyabr 2023-cü il

Konfransın keçirilməsi yeri və tarixi– ADNSU, 23-24 noyabr 2023-cü il

Konfransda iştirak etmək üçün tələblər və qaydalar:

Konfransın işçi dilləri: Azərbaycan, Rus və İngilis

Konfransın formatı: əyani

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Kağızın ölçüsü – A4

Boş sahə – hər tərəfdən 2 sm

Şrift – Times  New  Roman

Şrift ölçüsü – 12 pt

Sətirarası interval – 1,5 sm

Abzas – 1,25 sm

Məqalənin adı       – ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə

İş yeri, vəzifəsi (elmi dərəcəsi və elmi adı) – ortadan, kursivlə

E-poçt ünvanı        – ortadan, kursivlə

Açar sözlər (5–7 söz)

Xülasə (50-60) – Azərbaycan, ingilis və  rus dillərində ( məqalənin yazıldığı dildən başqa rus və ingilis dilində)

Ədəbiyyat siyahısı– kvadrat mötərizədə (əlifba sırası ilə)

Həcmi         – 3-5 səhifəyə qədər

Materiallar 25 oktyabr 2023 cü il tarixinədək adnsukonfrans@gmail.com elektron poçtuna göndərilməlidir.

Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur. Konfransın materialları  antiplagiat sistemində yoxlanıldıqdan sonra konfransın proqramına daxil ediləcək. Məqaləsi qəbul olunmuş və konfransın proqramına daxil edilmiş müəlliflərin konfransda əyani iştirakı vacibdir. Təşkilat  Komitəsi tərəfindən konfransın tələblərinə cavab verən məqalələr “Konfrans materialları” toplusunda dərc olunacaq. 

Təşkilat Komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.

Məsul katib – dosent Mahir Zeynalov

Əlaqə telefonları: 055 7941475; 070 2503505

E-poçt: adnsukonfrans@gmail.com