Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura səviyyəsinə qəbul olanlar 09.07.2024-18.07.2024-cü il tarixlərində qeydiyyatdan keçməlidir. Bunun üçün: https://portal.edu.az platformasında qeydiyatdan keçib özləri barədə məlumatları qeyd etməlidirlər. Eyni zamanda tələbələr aşağıda göstərilən sənədləri ADNSU-nun müvafiq fakültələrinə təqdim etməlidirlər.
Tələb olunan sənədlər aşağıdakılardır:
- Şəxsiyyət vəsiqəsinin surəti (4 nüsxə);
- Diplomun əsli və surəti (əvvəlki illərin məzunları). Bu ilki məzunlar üçün bakalavr səviyyəsini bitirmələri haqqında arayış;
- Hərbi biletin surəti (hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti);
- Tərcümeyi-hal – 1 nüsxə;
- Sağlamlıq haqqında arayış (Forma №86, rəngli foto ilə);
- Foto şəkil - 3x4 ölçüdə (6 ədəd);
- Doğum haqqında şəhadətnamənin surəti;
- Ödənişli tələbələr üçün təhsil haqqının ödənilməsini təsdiq edən qəbzin surəti;
- Magistraturaya qəbul olması haqqında internetdən çıxarış;
10. Şəhid və məcburi köçkün, valideyn hüququndan məhrum olmuş və Qarabağ əlili övladları statusu olan bakalavrların notariusda təsdiq olunmuş sənədləri.
Əlaqə nömrələri:
Geoloji kəşfiyyat fakültəsi - (012) 493 44 61
Qaz-neft-mədən fakültəsi - (012) 498 88 46
Kimya texnologiya fakültəsi - (012) 598 52 47
Neft mexanika fakültəsi - (012) 498 80 95
Energetika fakültəsi - (012) 498 65 32
İnformasiya texnologiyaları və idarəetmə fakültəsi - (012) 598 45 31
İqtisadiyyat və menecment fakültəsi - (012) 598 43 08
MBA proqramı - (012) 493 45 38
Sabah qrupları - (012) 493 59 19; (055 885 88 74).