İşə qəbul üçün tələb olunan məlumatlar:
1. Təhsil: Ali təhsil
2. İş təcrübəsi: Minimum 6 ay sosial media və ya kommunikasiya sahəsində iş təcrübəsi
3. Sertifikatlar və sənədlər: CV, tərcümeyi-hal, diplomun surətləri, portfolio
4. Texniki səriştəliliklə bağlı şərtlər:
- Yaradıcı düşüncə və güclü yazılı ünsiyyət bacarığı
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazmaq, redaktə və tərcümə etmək
- Sosial media trendlərinə bələdlik
- Sayt admin paneli ilə işləmə bacarığı
- Facebook Business, Meta Ads Manager, SEO əsasları, Canva, WordPress və oxşar platformalarla işləmə bacarığı
Əlavə şərtlər: Operativlik, dəqiqlik, kreativ yanaşma, komanda ilə işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Azərbaycan və ingilis dillərində sosial media kontenti hazırlamaq, redaktə etmək və paylaşmaq
- Xəbərlərin ingilis dilinə tərcüməsini aparmaq
- Universitetin sosial media strategiyasının hazırlanmasında və icrasında iştirak etmək
- Hədəf auditoriyanı (tələbələr, abituriyentlər, məzunlar, müəllimlər, beynəlxalq tərəfdaşlar) təhlil etmək və uyğun kontent hazırlamaq
- Sosial media səhifələrinin aylıq/illik kontent planını hazırlamaq və idarə etmək
- Universitet tədbirlərindən (seminar, konfrans, görüş və s.) kreativ paylaşımlar etmək
- Gündəlik tələbə həyatına dair foto/video materiallar hazırlamaq və paylaşmaq
- Kreativ vizual materiallar (foto, video, infoqrafik, reels, story və s.) istehsal etmək
- Sosial media analitik göstəricilərini izləmək, nəticələr əsasında inkişaf təklifləri vermək
- Sosial media reklam kampaniyalarını (Meta Ads, LinkedIn Ads və s.) hazırlamaq və idarə etmək
- Universitet saytının admin panelini idarə etmək, məlumatları yeniləmək və kontenti optimallaşdırmaq
- Yerli və beynəlxalq universitetlərin sosial media təcrübəsini izləmək və müasir trendləri tətbiq etmək
- İctimaiyyətlə Əlaqələr və Marketinq fəaliyyətlərinə dəstək göstərmək
QEYD: Bildiririk ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.