×

Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə koordinator




ADNSU-da yeni yaradılan SABAH proqramları çərçivəsində tədris prosesinin müasir tələblərə uyğun təşkilini, akademik məzmunun əmək bazarının ehtiyaclarına inteqrasiyasını, laboratoriya və texniki bazanın inkişafını təmin etmək üçün proqram koordinatoru elan edir.


Vəzifə öhdəlikləri:


  • Tədris planlarının və fənn proqramlarının hazırlanmasını və yenilənməsini təmin etmək;
  • SABAH proqramlarının məqsəd və standartlarına uyğun tədrisin məzmunu və təlim metodikasını inkişaf etdirmək;
  • Hər ixtisas üzrə əmək bazarının tələblərinə uyğun bilik və bacarıq modullarını inteqrasiya etmək;
  • Akademik heyətin formalaşdırılmasında fəal iştirak etmək;
  • Tədris prosesində iştirak edən müəllimlərin və tələbələrin fəaliyyətini monitorinq etmək;
  • Tədris laboratoriyalarının, texnoloji infrastrukturun və praktik məşğələlərin təşkilini təmin etmək;
  • Xarici universitetlər, sənaye partnyorları və elmi mərkəzlərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
  • Tədris keyfiyyəti, tələbə məmnuniyyəti və məzun göstəriciləri barədə hesabatlar hazırlamaq;
  • SABAH proqramlarının beynəlxalq səviyyədə tanıdılması və akkreditasiya proseslərinə dəstək vermək;
  • Proqram nəticələrinin formalaşdırılmasını (learning outcomes, assessment methods) təmin etmək;
  • Təhsil prosesində rəqəmsal alətlərin və innovativ yanaşmaların tətbiqini təşviq etmək.


Tələblər:

  • Müvafiq ixtisas üzrə magistr və ya doktorantura dərəcəsi (Elektrik və elektronika mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi və ya Sənaye mühəndisliyi üzrə magistr və ya doktorantura dərəcəsi);
  • Təhsil sahəsində (universitet, tədris proqramı, beynəlxalq layihə və s.) iş təcrübəsi;
  • İngilis dilində sərbəst danışmaq və yazmaq bacarığı (C2 səviyyəsi arzuolunandır);
  • Tədris planlaşdırması, kurikulum dizaynı və layihə idarəçiliyi üzrə təcrübə;
  • Mühəndislik təhsilində müasir tendensiyaları (AI, IoT, Data Science, Sustainability və s.)bilmək;
  • Akkreditasiya və keyfiyyət təminatı sistemlərini bilmək;
  • Təhsil və sənaye əməkdaşlığı mexanizmləri üzrə təcrübə;
  • İT alətləri olanMS Office, Google Workspace, LMS (Moodle və ya Canvas), Trello və s. bilmək.


İmkanlar:

  • 3000-3500 AZN aylıq əməkhaqqı;
  • Müasir ofis və laboratoriya infrastrukturu;
  • Xarici təlimlərdə və beynəlxalq mübadilə proqramlarında iştirak imkanı;
  • Akademik və inzibati komandalarla birgə fəaliyyət mühiti;
  • Tədris və tədqiqat təşəbbüslərinə dəstək (grant, layihə və s.).


CV formasını burdan yükləyərək, tələb olunan məlumatları doldurub hr.career@asoiu.edu.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.


QEYD: Bildiririk ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.