×

Xəbərlər

Xəbərlər 03 Oct 2019
ADNSU-da “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirib

Oktyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirib. Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, “Sağlamlığın Qorunması” İctimai Birliyin rəhbəri Yazgül Abdıyeva, N.Tusi adına klinikanın baş həkiminin müavini Afət Məmmədli, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri, tələbələr və müəllimlər iştirak ediblər.

Seminarda çıxış edənlər insanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac olduğunudan, xəstəliklərin zamanında aşkarlanması və müayinə olunmasının vacibliyindən danışıblar. Bildirilib ki, bir çox insan ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Bununla əlaqədar olaraq QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Qeyd olunub ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” devizi altında seminar həyata keçirlməsində də məqsəd gənclərin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir.

Tədbir zamanı sosial çarx nümayiş olunub.

Seminar başa çatdıqdan sonra qonaqlar ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüb fikir mübadiləsi aparıblar. Universitetdə yüksək səviyyəli təhsil verilməsi ilə yanaşı, belə tədbirlərin keçirilməsinə yaratdığı imkana görə rektor M.Babanlıya minnətdarlıqlarını bildiriblər.


Paylaş