×

Xəbərlər

Xəbərlər 15 Aug 2025
ADNSU tələbələri “Yaşıl Gənclik” yay məktəbində iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Nailə Tağızadə, Cavad Hüseynzadə, Aydan Əhmədova, Leyla İsmayılova və Gülnar Səlimova Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən “Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru” adlı yay məktəbində iştirak ediblər.

Yay məktəbi çərçivəsində keçirilən layihə təqdimatlarında ADNSU tələbələrinin daxil olduğu komandalar uğurlu çıxış edərək müsabiqənin ilk 4 yerini qalibi olublar.

Proqram müddətində tələbələr mütəxəssislərin mühazirələrini dinləyib, müasir laboratoriyalar və tədris korpusları ilə tanış olub, həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını gücləndiriblər. Bundan əlavə, Maralgöl və Göygölə təşkil olunan ekskursiyalar tələbələrdə unudulmaz təəssüratlar yaradıb.


Paylaş