×

Xəbərlər

Xəbərlər 15 Aug 2025
ADNSU-nun SABAH qruplarında tədris üçün müraciətlər açıq elan olunur

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, SABAH qrupları layihəsinin bakalavriat və magistratura səviyyəsində 2025/2026-cı tədris ilinin payız semestri üzrə müvafiq ixtisaslarda fənlərin tədrisi məqsədilə professor-müəllim heyətini saathesabı qaydada işə dəvət edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarında dərs demək istəyən müəllimlər də müsabiqəyə müraciət edə bilərlər.

Son müraciət tarixi: 20 avqust 2025-ci il, saat 23:59.

Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/ ünvanında “Xəbərlər” bölməsindən əldə etmək mümkündür.
 


Paylaş