×

Xəbərlər

Xəbərlər 15 Aug 2025
ADNSU və Vorvik Universitetinin ikili diplom proqramı tələbələri UKBIC tədqiqat mərkəzini ziyarət ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində həyata keçirilən beynəlxalq İkili Diplom Proqramının (İDP) 2024/2025-ci tədris ilində qəbul olunmuş tələbələri üçün təşkil edilən Yay Məktəbi çərçivəsində sonuncu ekskursiya baş tutub.

Tələbələr Böyük Britaniyanın Koventri şəhərində yerləşən Böyük Britaniya Batereya Sənayeləşdirmə Mərkəzini (UK Battery Industrialisation Centre – UK BIC) ziyarət ediblər. Digər sahə ziyarətlərində olduğu kimi, bu ekskursiya da Vorvik Universitetinin professoru Mariya Tareen və ADNSU-nun professor-müəllim heyətindən Mahmud İsmayılovun müşayiəti ilə reallaşıb.

Qeyd edək ki, Böyük Britaniya Batereya Sənayeləşdirmə Mərkəzi ölkənin milli səviyyəli batereya istehsalatına keçid məkanıdır və laboratoriya səviyyəsindən kütləvi istehsala qədər olan mərhələni təmin edən müasir avadanlıq və infrastruktura malikdir. Gənc tədqiqatçılar burada avtomobil sənayesi üçün yeni elektrik batereyalarının istehsalı ilə bağlı aparılan tədqiqatlarla tanış olublar


Paylaş