Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Qaz-neft mədən fakültəsi”nin (QNMF) kolektivi ilə görüş keçirib.
QNMF-nin əməkdaşları ilə görüşən rektor M.Babanlı tədris prosesi, tələbələrlə iş, elmi fəaliyyət, həmçinin təlim-tərbiyə, fakültələr üzrə qarşıda duran işlər və digər məsələləri müzakirə edib.
“Qaz-neft mədən fakültəsi”nin əməkdaşlarına universitetdə həyata keçirilməsi planlaşdırılan bir sıra layihələr haqqında məlumat verən rektor, prof. Mustafa Babanlı 10 bənddən ibarət yeni layihələrin həyata keçirilməsi ilə bağlı müzakirə aparıb.
Görüşdə “Qaz-neft mədən fakültəsi”nin əməkdaşları onları maraqlandıran mövzular haqqında rektora suallar veriblər.
Qeyd edək ki, oktyabrın 7-də rektor M. Babanlı ilk olaraq Geoloji kəşfiyyat fakültəsinin (GKF) kollektivi ilə görüşüb. Bu cür silsilə görüşlər fakültələrdəki mövcud vəziyyət, tədrisdə tətbiq olunan yeniliklər, professor-müəllim heyətinin qarşılaşdığı problemlərin həll edilməsi və qarşıda duran məsələlərin müzakirə olunması və s. məqsədlə keçirilir.