×

Xəbərlər

Xəbərlər 14 Oct 2019
ADNSU-nun Azİİ e-Kitab Evində professor Ələkbər Həsənovun kitabının təqdimatı olub

Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Neft-Kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, professor Ələkbər Həsənovun “Kimya sənayesinin prosesləri və aparatları” kitabının təqdimatı keçirilib.

Tədbirdə ADNSU-nun Elm və texnika üzrə prorektoru, professor Rauf Əliyarov, universitetin “Neft-Kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, professor Ələkbər Həsənov, Azİİ e-kitab evinin direktoru Səlahət Mahmudova, universitetin KTF-nin dekanı, professor Sevinc Məmmədxanova, dossentlər Elburus Məmmədov, Adıgözəl Hüseynov, Ramid Sadıqov, Soltan Əliyev və tələbələr iştirak ediblər.

Tədbirdə Səlahət Mahmudova kitab haqqında məlumat verdikdən sonra professor Ələkbər Həsənov kitabın ərsəyə gəlməsindən, kimya elmi və onun inkişafından danışıb. Professor Sevinc Məmmədxanova və digər çıxış edənlər professor Ə.Həsənov bu sahdə olan xidmətlərindən söz açıblar və “Kimya sənayesinin prosesləri və aparatları” kitabının tələbələr üçün çox dəyərli vəsait olacağını bildiriblər.

Sonda kitab Azİİ e-Kitab Evinə - tələbələrin ixtiyarına verilib.


Paylaş