Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə yazıçı Varis Yolçiyevlə universitetin tələbələri arasında görüş geçirilib.
Öncə THİK sədri Namiq Gəncəyev çıxış edərək görüşün məqsədi və bunun tələbələr üçün əhəmiyyətindən danışıb. Bildirib ki, müasir Azərbaycan ədəbiyyatında ən çox oxunan yazıçılardan biri olan V.Yolçiyevlə görüşün keçirilməsinin əsas səbəbkarı onun əsərlərini mütəmadi oxuyan, yaradıclığı ilə daim maraqlanan tələbələrdir, onların istəyinə uyğun olaraq bu gün məhs V.Yolçiyevlə görüş keçirilir.
Sonra yazıçı Varis Yolçiyev tələbələrlə ədəbiyyat, onun məqsədi, insanın kamilləşməsində mütaliənin əvəzsiz rolu haqqında geniş söhbət edib. O, tələbələri kitab oxumağa səsləyib və bunun hər zaman vacib olduğunu deyib. Diskusiya şəklində keçirilən görüş gənclərdə kitaba sonsuz maraq yaratmaqla yanaşı, bədii ədəbiyyatı daha da sevdirib.
Sonda ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yazıçıya üzərində portreti olan hədiyyə təqdim olunub və tələbələrlə xatirə fotosu çəkilib.