×

Xəbərlər

Xəbərlər 16 Oct 2019
ADNSU əməkdaşlarının əmək haqları 20% artırıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarının əmək haqqları ortalama 20% artırılıb. Bu barədə qərar ADNSU-nun Elmi Şurasının 16 oktyabr 2019-cu il tarixində keçirilmiş iclasında qəbul olunub.

Əmək haqqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb.


Paylaş