×

Xəbərlər

Xəbərlər 17 Oct 2019
ADNSU-da 18 oktyabr –Milli Müstəqillik Günü qeyd olunub

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr –Milli Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.  

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilkdən sonra, tədbirdə çıxış edən rektor, professor Mustafa Babanlı tədbir iştirakçılarını Milli Müstəqillik günü münasibətilə təbrik edərək, ölkənin müstəqillik tarixindən bəhs edib. 18 oktyabr tarixinin Azərbaycan xalqı üçün əhəmiyyətindən söz açan rektor M.Babanlı 1991-ci ildə baş verən hadisələri və həmin dövrdəki tarixi qərarları dövlətçiliyimiz üçün mühüm amil kimi səciyyələndirib. Rektor M.Babanlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əbədi və dönməz olması üçün göstərdiyi səylərdən danışaraq prezident İlham Əliyevin  xidmətləri sayəsində hazırda Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildiyini vurğulayıb. Professor M.Babanlı müstəqil dövlət kimi Azərbaycan Respublikasının qüdrətinin daha da artması üçün hər bir vətəndaşın üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.

Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, ADNSU-nun kafedra müdiri, professor Hüseynbala Mirələmov  da dövlət müstəqilliyi tarixinin əhəmiyyətindən danışıb və 18 oktyabr təqvim gününü tariximizin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirib.

ADNSU-nun İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev dövlətçilik tarixinə qısa nəzər salaraq müstəqillik uğrunda  Azərbaycan xalqının mücadiləsindən və bu müstəqilliyin qorunub saxlanılmasından danışıb.


Paylaş