×

Xəbərlər

Xəbərlər 18 Oct 2019
ADNSU ilə Türkiyənin Məsləyi və Texniki Anadolu Liseyi arasında memorandum imzalanıb

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Məsləyi və Texniki Anadolu Liseyinin (ÇOSB) direktoru Eyüp Sözdinlerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı rektor Mustafa Babanlı öncə 18 oktyabr tarixinin xalqımız üçün, müasir Azərbaycan dövləti üçün çox əlamətdar bir gün – dövlət müstəqilliyi günü olduğunu xatırladıb. Sonra qonaqlara universitet haqqında geniş məlumat verərək bildirib ki, hələ SSRİ vaxtında bu təhsil ocağı ən yaxşı institututlardan biri olub. Müəyyən dövrlərdə geriləmələr olmasına baxmayaraq, bu  gün də Azİİ Azərbaycanda ən yüksək səviyyəli texniki ali təhsil müəssisəsidir. Rektor Mustafa Babanlı əlavə edib ki, 100 il tarixi olan bugünkü ADNSU-da zaman-zaman dünyanın 112 ölkəsində çalışan tanınmış mütəxəssislər yetişib. Hazırda indi də burada tam müasir standartlara, dünya trendinə uyğun təhsil verilir. 14 mindən artıq tələbəyə 3 dildə, bakalavr, magistr və doktarantura səviyyəsində yerli professor-müəllimlərlə yanaşı, dünyanın ən yaxşı universitetlərindən dəvət olunmuş professorlar dərs verirlər. Söhbət zamanı rektor beynəlxalq əlaqələrin inkişafının, dünyanın nüfuzlu universitetləri ilə əmakdaşlığın və ikili diplomların verilməsinin önəmli olduğunu, həmçinin, universitetdə yüksək səviyyəli mütəxəsislərin yetişməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.

Məsləyi və Texniki Anadolu Liseyinin (ÇOSB) direktoru Eyüp Sözdinler  səmimi qəbula və ətraflı məlumata görə professor Mustafa Babanlıya minnətdarlıq edib. Təmsil etdiyi təhsil müəssisəsi, oradakı təhsil prosesi haqqında geniş məlumat verdikdən sonra ADNSU ilə qarşılıqlı əlaqələrin, ikitərəfli əməkdaşlığın onlar üçün də xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Çıxış zamanı qonaqlardan Məsləyi və Texniki Anadolu Liseyinin dərs müdiri Caner Baysal sənaye və texniki səhələrin daha sürətli inkişafında əməkdaşlıq əlaqələrinin vacibliyindən danışıb.

Görüşün sonunda ADNSU ilə Türkiyyənin Məsləyi və Texniki Anadolu Liseyi arasında əməkdaşlıq memorandumu imzalanıb.


Paylaş