Oktyabrın 22-də ADNSU-nun “AZİİ e kitab evi”ndə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 100” adlı kitabın təqdimatı keçirilib.
Təqdimatda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, ƏƏSMN-nin Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov, AZİİ e-kitab evinin direktoru Səlahət Mahmudova, İqtisadiyyat və Menecment fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan AZİİ E-Kitab Evinin direktoru S.Mahmudova kitab evi haqqında iştirakçılara məlumat verib. ƏƏSMN-nin Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru V.Həsənov kitabın ƏƏSMN-nın yaradılmasının 100 illik yubileyinə həsr olunduğunu və Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamına əsasən, keçirilən tədbirlər çərçivəsində nəşr edildiyini, eyni zamanda kitabda milli qanunvericiliyin formalaşması, uğurlu sosial siyasəti və digər ensiklopedik məlumatlaın əks olunduğunu bildirib.
Sonra İqtisadiyyat və menecment fakültəsinin (İMF) Sənaye iqtisadiyyatı və menecmenti kafedrasının müdiri, professor Qənimət Səfərov, professor Qəzənfər Süleymanov kitab haqqında fikirlərini bölüşüb. Tədbirin sonunda müəllif tərəfindən AZİİ E-Kitab Evinin bazasına təqdimatı keçirilən kitabdan əlavə, digər 3 adda kitab hədiyyə olunub.