×

Xəbərlər

Xəbərlər 28 Oct 2019
ADNSU ilə “Azərbaycan Koka Kola Bottlers Ltd” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Azərbaycan Koka Kola Bottlers Ltd” MMC-nin baş direktoru Hasan Ellialtı ilə görüşüb.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı Koka Kola şirkətinin Azərbaycan sənayesinə böyük töhvə verdiyini deyib. Ölkənin aparıcı müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində universitetdə bir sıra layihələrin həyata keçirildiyini, ikitərəfli müqavilələrin imzalandığını və tələbələrin şirkətlərdə təcrübəyə cəlb olunduğunu deyən rektor, M.Babanlı Koka Kola şirkəti ilə də uzunmüddətli və davamlı əməkdaşlıq aparılması üçün səyləri birləşdirməyin əhəmiyyətini qeyd edib. Rektor M.Babanlı 2020/2021-ci tədris ili üçün yeni proqramların nəzərdə tutulduğunu və bu proqramlar çərçivəsində müəssisələrin ehtiyacı olan kadrların hazırlanması üzrə işlərin aparılacağını sözlərinə əlavə edib.

ADNSU kimi ali təhsil ocağında olmaqdan və mühüm məsələlərlə bağlı müzakirələr aparmaqdan məmnun olduğunu deyən “Azərbaycan Koka Kola Bottlers Ltd” MMC-nin baş direktoru Hasan Ellialtı şirkətin Azərbaycanda 25 illik faəliyyətindən danışıb. H.Ellialtı rəhbərlik etdiyi şirkətdə gənclərlər işləmək və onların potensialından düzgün istifadə edə bilmək üçün sıx əlaqədə olmağın vacibliyinə toxunub və ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda tərəflər arasında texniki inkişafa dəstək haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.


Paylaş