×

Xəbərlər

Xəbərlər 28 Oct 2019
ADNSU-da Hindistanın milli bayramı Divali qeyd olunub

 

Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Hindistanın Divali milli bayramı qeyd olunub.

Universitetin Əcnəbi Tələbələr dekanlığının təşkilatçılığı ilə Hindistanlı tələbələr tərəfindən keçirilən bayram tədbirində çıxış edən Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov qədim Hindistan mədəniyyətinin gənclərə təbliğ olunmasından danışıb və Hindistanlı tələbələri milli bayramları münasibəti ilə təbrik edib.

Tədbirin bədii hissəsində tələbələrin ifasında hind rəqsləri nümayiş olunub və hind dilində mahnılar səsləndirilib.

Daha sonra Divali bayramı münasibəti ilə təşkil olunan xüsusi masada tədbir iştirakçılarına Hindistan mətbəxinə aid milli şirniyyatlar təqdim olunub və Divali milli bayramı haqqında məlumat verilib.


Paylaş