×

Xəbərlər

Xəbərlər 30 Oct 2019
ADNSU ilə Peru Respublikasının Dövlət Mühəndislik Universiteti arasında əməkdaşlıq barədə razılaşma imzalanıb

Oktyabrın 30-da  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Perunun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Milaqros Kastanyon Seoani ilə görüşüb.

Qonağı universitetdə ikinci dəfə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı mövcud əməkdaşlığın prioritet sahələrindən danışıb və qarşılıqlı əlaqələrin hər iki ölkə üçün faydalı olduğunu bildirib. Perunun texniki yönümlü ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının əhəmiyyətinə toxunan rektor M.Babanlı səyləri birləşdirmək üçün əməkdaşlığın rəsmiləşdirilməsinin vacib olduğunu deyib.

ADNSU-da olmaqdan böyük qürur hissi keçirdiyini bildirən səfir M. Milaqros Kastanyon Seoani əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib və ADNSU ilə Peru universitetləri arasında əməkdaşlığın qurulmasında əllərindən gələn dəstəyi əsirgəməyəcəklərini qeyd edib.

Sonda Peru Respublikasının Dövlət Mühəndislik Universiteti ilə ADNSU arasında əməkdaşlıq barədə razılaşma imzalanıb.


Paylaş