Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin IV kurs tələbələri ilə görüşüb. O, görüş zamanı 2019-2020-ci tədris ilində məzun olacaq tələbələri buraxılış işlərinin hazırlanması, dövlət imtahanın keçirilmə qaydaları haqqında məlumatlandırıb. Elmi Şuranın qərarı ilə cari tədris ilində məzun olacaq tələbələrin buraxılış işi və dövlət imtahanları ilə bağlı yeniliklər barədə ətraflı məlumat verərək əlavə və dəyişikliklərdə əsas məqsədin gənclərin təhsilini savadlı kadr kimi bitirmələri olduğunu vurğulayıb. Görüşdə rektor M. Babanlı həmçinin, magistratura təhsil pilləsində ayrı-ayrı ixtisaslar üzrə Təhsil Nazirliyinə təqdim olunan plan yerləri haqqında da məlumat verib və qeyd edib ki, bu il ADNSU-ya magistr təhsil pilləsinə əvvəlki illlərdən daha çox tələbənin qəbul edilməsi planlaşdırılır.
Sonra rektor Mustafa Babanlı qeyd olunan mövzularla bağlı tələbələrin suallarını cavablandırıb, onlar üçün maraqlı olan məqamlara aydınlıq gətirib.