Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində monitorinq görüşü keçirilib.
Görüşdə ADNSU ilə yanaşı, yerli layihə üzvləri – Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti, həmçinin Erasmus Azərbaycan ofisinin rəhbərliyi iştirak edib. Mövcud vəziyyəti müəyyən etmək, iştirakçıların öhdəlik və vəzifələrini, görüləcək işlərin planını tərtib etmək məqsədi ilə keçirilən görüşdə aparılan müzkirə və təhlillərdə yeni perspektivlər də müzakirə olunub.