×

Xəbərlər

Xəbərlər 12 Nov 2019
ADNSU-nun komandası proqramlaşdırma sahəsində beynəlxalq müsabiqədə ikinci yeri tutub

ADNSU-nun tələbələri “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XV Azərbaycan Birinciliyi) beş komanda ilə təmsil olunub. Noyabrın 10-da keçirilən müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və məktəblilərdən ibarət 3 komanda (müsabiqədən kənar) iştirak edib. Hər komanda üç tələbə və komanda rəhbərindən ibarət olub. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə görə BMU-nun Baku EU 1 komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ASOIU 2 komandası II, Azərbaycan-Fransa Universitetinin UFAZ 1 komandası III yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 29 noyabr -1 dekabr 2019-cu il tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək 44-cü ICPC müsabiqəsinin növbəti yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak etmə hüququ əldə ediblər.


Paylaş