×

Xəbərlər

Xəbərlər 25 Nov 2019
ADNSU-nun rektoru Ufa Dövlət Neft Texniki Universitetinin rektoru ilə görüşüb

Noyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru, professor Ramil Baxtizinlə görüşüb.

Əməkdaşlığın və birgə layihələrin müzakirə olunduğu görüşdə rektor, professor Mustafa Babanlı əməkdaşlıq oluna biləcək yeni layihələrdən bəhs edib. UDNTU ilə sıx əməkdaşlıqdan məmnun olduğunu qeyd edən rektor M.Babanlı ikili diplom proqramları və magistratura səviyyəsində əməkdaşlığın əhəmiyyətinə toxunub.

ADNSU ilə əlaqələrin inkişaf edən xətt üzrə irəlilədiyini qeyd edən UDNTU-nun rektoru,professor  R.Baxtizin yeni əməkdaşlıq imkanlarını, xüsusilə də ikili diplomlarla bağlı fikirləri yüksək qiymətləndirib.


Paylaş