×

Xəbərlər

Xəbərlər 25 Nov 2019
ADNSU ilə Tailand Vebster Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb

Noyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Tailand Vebster Universitetinin rektoru, dr. Ryan Vance Guffey ilə görüşüb.

Görüşdə iki universitet arasında BA (MBA, BBA) üzrə ikili diplom proqramı ilə bağlı fikir mübadiləsi aparılıb. Proqramın tətbiq olunacağı ixtisaslar, tələbələr üçün yaradılacaq imkanlar və tərəfdaşların öhdəlikləri haqqında müzakirələr aparılıb. Görüşdə həmçinin, bakalavrlar üçün nəzərdə tutulan ikili diplom layihəsinin genişləndirilərək, magistr səviyyəsini də əhatə edəcəyi vurğulanıb. Qeyd edilib ki, ADNSU-da MBA üzrə müəyyən olunan ixtisaslarda təhsil alan tələbələr təhsillərinin 1 ilini Tailand Vebster universitetində davam etdirməklə hər iki universitetin diplomunu ala biləcəklər.

Görüşün sonunda Tayland Vebster Universiteti ilə ADNSU arasında ikili diplom müqaviləsi imzalanıb.


Paylaş