×

Xəbərlər

Xəbərlər 28 Nov 2019
ADNSU-nun rektoru Çinin Qancu vilayətinin Təhsil İdarəsinin direktoru ilə görüşüb

Noyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının Qancu vilayətinin Təhsil İdarəsinin direktoru xanım Vanq Haiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamladıqdan sonra rektor, professor M.Babanlı universitet haqqında ətraflı məlumat verib. ADNSU-da tədris prosesi, fakültələr, əcnəbi tələbələrlə iş, beynəlxalq əməkdaşlıq əlaqələri, tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından danışan rektor, professor M.Babanlı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Çinə səfəri çərçivəsində Qancu vilayətində oluğunu deyən rektor M.Babanlı oradakı təhsili yüksək dəyərləndirərək bir çox istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin lazım olduğunu bildirib.

ADNSU-da olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyən Qancu vilayətinin Təhsil İdarəsinin direktoru xanım V.Haiyan tələbə mübadiləsini dəstəklədiyini və gələcək əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.

Görüşün sonunda xatirə şəkli çəkilib.


Paylaş