×

Xəbərlər

Xəbərlər 28 Nov 2019
ADNSU ilə “Wood Group”şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti ilə “Wood Group” şirkətində görüş keçirilib. Görüşdə “Neft-Mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, “Mühəndis və Komputer qrafikası” kafedrasının müdiri, professor İbrahim Həbibov və fakültənin elmi işlər üzrə dekan müavini dosent Tahir Süleymanov, həmçinin “Wood Group”- un region üzrə baş meneceri Stiv Robertson, İnsan resusrları üzrə menecer Sabina Abdinbayeva və təlim və inkişaf üzrə koordinator İmran Xəlilov iştirak edib.

ADNSU-da son illər həyata keçilirən genişmiqyaslı islahatlar haqqında məlumat verən Əli Hikmət Əhmədov, universitetin 100 illiyi ərəfəsində elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan naliyyətlər, ikili diplom proqramları, ixtisasların akkreditasiyası, istehsalat təcrübəsi, tələbələrin və professor-müəllim heyətinin mübadilə proqramlarında iştirakı, eyni zamanda tələbələrin startap layihələri və alimlərin texnologiyaların transferi sahəsindəki fəaliyyəti və s. haqqında geniş məlumat verib. Görüşdə tərəflər arasında əməkdaşlığın perespiktivləri müzakirə olunub.

Qeyd edək ki, mərkəzi ofisi Şotlandiyanın Aberdin şəhərində yerləşən “Wood Group” şirkəti texnoloji, energetik və sənayenin müxtəlif sahələri üçün mühəndis, layihə və texniki xidmətlərin göstərilməsi üzrə dünya liderlərindən biridir. Azərbaycanda fəaliyyət göstərən “Wood Group” şirkəti 2015-ci ilin oktyabr ayından etibarən BP-nin ümumi dəyəri $500.000.000 olan layihələrində 5 illik müqavilə üzrə Azərbaycan Şelfində 8 obyektin təminatını həyata keçirir.


Paylaş