×

Xəbərlər

Xəbərlər 29 Nov 2019
ADNSU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub

Noyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal prezident İlham Əliyevin böyük Azərbaycan  şairi Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını Nəsimi yaradıcılığına verilən yüksək dəyər kimi səciyyələndirib və dahi şairin yaradıcılığı haqqında iştirakçlılara dolğun məlumat verib.

Daha sonra universitetin Azərbaycan dili kafedrasının  “Milli mütaliə dərnəyi”nin təşkilatçılığı ilə tələbələr Nəsimi qəzəlləri əsasında musiqili kompozisiya səsləndirib, eyni zamanda İsa Muğannanın “Məşhər” romanının və Hüseynbala Mirələmovun “Son səfər” povestinin motivləri əsasında Nəsimi tamaşasının nümayişi olub.

Qeyd edək ki, ədəbi-bədii kompozisiya Azədbaycan dili kafedrasının müəlliməsi Könül Abdullayevanın təşəbbüsü ilə keçirilib və 3 hissədən ibarət olub.


Paylaş