Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Universitetlərarası I Kitabxana Forumunda iştirak edib. “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən respublika elmi-praktik konfransında universiteti təmsil edən Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitabxananın 24/7 fəaliyyəti və iş prinsipləri, eyni zamanda kitab evinin yeni perspektivləri mövzusunda çıxış edib.
Forumun sonunda ali təhsil müəssisələrinin kitabxanalarının XXI əsrdə qarşılaşdıqları əsas problemlər, perspektivlər və hədəflər ətrafında müzakirələr aparılıb.